Məmmədov Vüsal

Məmmədov Vüsal Cəmil oğlu                   
 
1986-1996-cı illərdə Culfa rayon Xanağa (indiki Xanəgah) kənd tam orta məktəbində təhsil almışdır. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Qeyri ərzaq mallarının əmtəəşünaslığı ixtisasına qəbul olmuş, 2000-ci ildə həmin ixtisas üzrə bakalavr dərəcəsi almışdır.
 Əmək fəaliyyətinə 01 iyul 2002-ci ildən Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin Mühasibat uçotu və hesabatı şöbəsində baş iqtisadçı vəzifəsi ilə başlamışdır. 2003-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır.
 23 iyul 2007-ci ildən Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin Xəzinə şöbəsinin büdcənin uçotu və hesabatı sektorunda aparıcı məsləhətçi kimi fəaliyyət göstərmiş, 20 aprel 2010-cu ildən Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri sektorunda baş məsləhətçi vəzifəsində işləmişdir.
 15 fevral 2017-ci ildən Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyət göstərir.
 
---
  • 10
Sosial şəbəkələrdə biz