Əməkdaşımız elmi ada layiq görülüb

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru iqtisad üzrə fəlsəfə doktoru Cabbarova Sevinc Ədalət qızı Rusiya Təbiətşünaslıq Akademiyasının Ali Attestasiya Komissiyasının qərarı ilə Akademiyanın Professoru elmi adına layiq görülüb.


Qeyd edək ki, bu ünvan, fəlsəfə doktorluq dissertasiyasını müdafiə edən şəxslərə sosial-iqtisadi sahədə inkişafa təsir edən elmi-praktik işlərin görülməsi, təhsil müəssisələri üçün tədris fənn proqramlarının nəşr edilməsi, regionda innovativ proseslərin inkişafında fəal iştirak, eksperimental işlərin aparılması və yeni texnologiyaların tətbiqi sahəsində çalışmaları əsas götürülərək verilir.

Sevinc Cabbarovanın bu günə gədər 50-yə yaxın elmi əsəri, o çümlədən 1 monoqrafiyası, 2 kollektiv monoqrafiyası xaricdə (Ukrayna, Rusiya) işıq üzü görub, Yunanıstan, Rusiya və Türkiyədə keçirilən beynəlxalq konfranslarda Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkiafı ilə bağlı mövzularında məruzələr ilə çıxış edib.

DAVAMI
  • 6

Növbəti treninqə start verilib




Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Büdcə təşkilatlarında praktik mühasibatlıq” mövzusunda təkmilləşdirici təlim keçirilib. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin iclas zalında keçirilən təlimə müəyyən olunmuş büdcə təşkilatları üzrə 20 nəfər mühasibat işçisi dəvət olunub. Dörd gün ərzində keçiriləcək təlimdə büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması, xəzinə əməliyyatlarının, vergi uçotunun təşkili və maliyyə hesabatlarının hazırlanması kimi mövzular üzrə təlimlərin keçirilməsi nəzərdə tutulub. Təlim muxtar respublikada maliyyə və mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi, ixtisaslarının artırılması və yenidən hazırlanması, təhsilin yekunlarına görə dinləyicilərin peşəkar biliklərinin və işgüzar keyfiyyətlərinin qiymətləndirilməsi məqsədi daşıyır.
DAVAMI
  • 8
Sosial şəbəkələrdə biz