Hərbi hissələrdə və hüquq-mühafizə orqanlarında çalışan maliyyə və mühasibat işçiləri üçün təlimlər davam edir

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işçilərinin mövcud biliklərinin artırılması və ixtisasların təkmilləşdirilməsi, müvafiq materialların toplanması və təlimlərin təşkili istiqamətində öz işlərini dinamik şəkildə davam etdirir. Hazırda Maliyyə Tədris Mərkəzində hərbi və hüquq-mühafizə sahəsi üçün xüsusi olaraq hazırlanmış “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” kursu keçirilir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti, Naxçıvan Əlahiddə Sərhəd Diviziyası, Mülki Müdafiə Alayı, Dövlət Yanğın Təhlükəzliyi İdarəsi və Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsində çalışan 17 nəfər maliyyə və mühasibatlıq mütəxəssisi yeni kursa cəlb olunmuşdur.

18-21 sentyabr 2018-ci il tarixlərində keçirilən kurs gündəliyə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə və Vergilər nazirliklərinin ekspertlərinin təqdimatları üzrə davam etdirilib. Mərkəzin Tədris zalında keçirilən təkmilləşdirici kursda Milli Mühasibat Uçotu Standartlarına əsasən hüquq-mühafizə orqanlarında maliyyə-mühasibat işinin aparılması, xəzinə əməliyyatlarının təşkili və uçot, vergi uçotunun təşkili, hərbi hissələrdə və hüquq-mühafizə orqanlarında maliyyə hesabatlarının hazırlanmasına dair mövzular üzrə məlumatlar əhatəli şəkildə kurs iştirakçılarının diqqətinə çatdırılmışdır.

Dörd gün, 12 tədris saatı şəklində təşkil olunan kursda praktiki məsələ və testlərin həllinə yer ayrılır, təlimçiləri tədris zamanı ekspertlər müşahidə edir ki, bu da öz növbəsində təlimin keyfiyyətinin artırılmasına müsbət təsir edir. Bundan əlavə iştirakçılara tədris prosesində və öz günlük işlərində faydalı ola biləcək təlim materialları təqdim olunur ki, burada tədris olunan slayd materialları, müvafiq sahə üzrə normativ-hüquqi aktlar, sənəd formaları, təlimatlar, qaydalar və misallar öz əksini tapır. İştirakçıların maraqla dinlədiyi təlim praktik iş, suallara cavab, testlərin işlənməsi və sorğu-anketlərin doldurulması ilə zənginləşdirilir. Kursun sonunda iştirakçıların peşəkarlıq səviyyəsinin qiymətləndirmə mərhələsindən sonra dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim ediləcəkdir.

Maliyyə Tədris Mərkəzinin həyata keçirdiyi təlimlər muxtar respublikada büdcə təşkilatlarında ixtisaslı kadrların hazırlanması ilə maliyyə-mühasibatlıq işinin yüksək səviyyədə qurulmasına xidmət edərək ümumi maliyyə intizamının daha da gücləndirilməsinə öz töhfələrini verəcəkdir.

https://www.youtube.com/watch?time_continue=26&v=LChlcckU9Og

DAVAMI
  • 66

Növbəti təkmilləşdirici təlimə start verilib

Büdcə təşkilatlarında mühasibat uçotunun aparılması büdcə qanunvericiliyinə uyğun olaraq öz xüsusiyyətləri ilə seçilir. Ölkəmizin iqtisadi inkişafı ilə beynəlxalq aləmə inteqrasiyasına müvafiq olaraq mütəmadi şəkildə yeniliklərin tətbiq olunduğu bu istiqamət, büdcə təşkilatlarında çalışan mühasibat və maliyyə işçiləri üçün müasir tələblərə cavab verəcək şəkildə hazırlanmış tədris-treninq proqramları əsasında kursların keçirilməsini labüd edir. Məhz Maliyyə Tədris Mərkəzi də bu məqamda büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işçilərinin mövcud biliklərinin artırılması və ixtisasların təkmilləşdirilməsi istiqamətində müvafiq materialların toplanması və təlimlərin təşkili istiqamətində öz işlərini dinamik şəkildə davam etdirir.Hazırda isə Mərkəz mədəniyyət sahəsinə xas hazırlanmış “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” mövzusunda yeni təliminə Mədəniyyət Nazirliyi sistemində, şəhər və rayon mədəniyyət şöbələrində çalışan maliyyə və mühasibatlıq üzrə 20 mütəxəssisi cəlb etmişdir.

Mərkəzinin Tədris zalında11-14 sentyabr 2018-ci il tarixlərində keçiriləcəktəkmilləşdirici təlimin əsas məqsədi büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən smeta xərclərinin planlaşdırılması,xəzinə əməliyyatlarının təşkili və uçot, büdcə təşkilatlarında vergi uçotunun təşkili və büdcə təşkilatlarında mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması haqqında təlim iştirakçılarını məlumatlandırmaq, bu sahədə onların biliklərini artırmaq və təkmilləşdirməkdən ibarətdir.

Təlimdə giriş sözü ilə Nazirliyinin aparat rəhbəri Tural Şirəlizadə çıxış edərək iştirakçılara Mərkəzin fəaliyyət istiqamətləri, kursun məqsədi və ötən dövr ərzində təlimlərin keyfiyyətinin artırılması istiqamətində görülmüş işlər barədə məlumat verib. Sonra Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova çıxış edərək iştirakçılara təlimin gedişatı və təlimçilər barədə məlumat verərək kursa start verib.

Kursun gündəliyinə uyğun olaraq təlimin ilk günündə Maliyyə Nazirliyinin Büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov “Büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması” mövzusunda iştirakçılara ətraflı məlumat verib. Təlimin növbəti günlərində Maliyyə Nazirliyinin Xəzinə şöbəsinin sektor müdiri Ülvi Cəfərov, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərov, Maliyyə Nazirliyi Aparatının baş məsləhətçi-mühasibi Məmmədnağı Əkbərov müvafiq mövzular ətrafında təlim keçəcəklər.

Dörd gün, 12 tədris saatı şəklində tərtib olunan kursda praktiki məsələ və testlərin həllinə yer ayrılır, təlimçiləri bütün tədris zamanı ekspertlər müşahidə edir ki, bu da öz növbəsində təlimin keyfiyyətinin artırılmasına müsbət təsir edir.Bundan əlavə iştirakçılara tədris prosesində və öz günlük işlərində faydalı ola biləcək təlim materialları təqdim olunur ki, buradatədris olunan slayd materialları, müvafiq sahə üzrə normativ-hüquqi aktlar, sənəd formaları, təlimatlar, qaydalar və misallaröz əksini tapır.İştirakçıların maraqla dinlədiyi təlim praktik iş, suallara cavab, testlərin işlənməsi və sorğu-anketlərin doldurulması iləzənginləşdirilir. Kursun sonunda iştirakçıların peşəkarlıq səviyyəsinin qiymətləndirmə mərhələsindən sonra dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim ediləcəkdir.

Maliyyə Tədris Mərkəzinin həyata keçirəcəyi təlimlər muxtar respublikada büdcə təşkilatlarında ixtisaslı kadrların hazırlanması ilə maliyyə-mühasibatlıq işinin yüksək səviyyədə qurulmasına xidmət edərək ümumi maliyyə intizamının formalaşmasına öz töhfələrini verəcəkdir.

Naxçıvan Muxtar Respublikası Maliyyə

Nazirliyinin mətbuat xidməti

https://www.youtube.com/watch?time_continue=1&v=7CmobStreq4





DAVAMI
  • 87
Sosial şəbəkələrdə biz