Səhiyyə sahəsində çalışan maliyyə və mühasibat işçiləri üçün təkmilləşdirici kurslara başlanılacaqdır

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” mövzusunda növbəti təkmilləşdirici kurs 23-26 oktyabr 2018-ci il tarixlərində keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin tədris zalında keçiriləcək olan kursa  Naxçıvan Muxtar Respublikasının səhiyyə sahəsində çalışan 20 nəfər mühasibat işçisi dəvət edilmişdir. Keçiriləcək 4 günlük  kursda “Büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması”, “Xəzinə əməliyyatlarının aparılması”, “Vergi uçotunun təşkili”, “Büdcə təşkilatlarında maliyyə və mühasibatlıq işinin aparılması ilə bağlı hüquqi məsuliyyət” və “Maliyyə hesabatlarının hazırlanması” kimi mövzular üzrə təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.

23-26 oktyabr 2018-ci il tarixlərində keçirilən kurs gündəliyə uyğun olaraq Maliyyə və Vergilər nazirliklərinin ekspertləri, həmçinin Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşı tərəfindən davam etdiriləcəkdir. Nəzərinizə çatdırılır ki, kursun yekununda tədris olunan mövzu ilə bağlı qiymətləndirmə mərhələsindən sonra iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim ediləcəkdir.

DAVAMI
  • 194
Sosial şəbəkələrdə biz