Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin əməkdaşları Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüşüb

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı Sərəncamın icrası ilə bağlı 29 noyabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin I kurs Mühasibat uçotu və audit ixtisasının tələbələri ilə “Yerli büdcələrin icrasına və təsərrüfat hesablı dövlət orqanlarında xərclərin maliyyələşdirilməsinə nəzarətdə auditin rolu” mövzusunda görüşü keçirilib.


Görüş zamanı İqtisad fakültəsinin dekan müavini Rauf Rəhimov “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamdan irəli gələn vəzifələri nəzərə çatdırıb. Qeyd edilib ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaqdır.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinin aparıcı məsləhətçisi Yaqub Məmmədovun “Yerli büdcələrin icrasına və təsərrüfat hesablı dövlət orqanlarında xərclərin maliyyələşdirilməsinə nəzarətdə auditin rolu” mövzusunda məruzəsi dinlənilib. Məruzə zamanı yerli büdcə, yerli büdcənin gəlirləri, xərcləri, auditin məqsədi, növləri, auditor rəyi barədə ətraflı məlumat verilmiş və auditor fəaliyyətinin əsas məqsədi olan təsərrüfat subyektinin mühasibat (maliyyə) hesabatlarının düzgünlüyü və onların apardıqları maliyyə və təsərrüfat əməliyyatlarının normativ aktlara uyğunluğunun müəyyən edilməsi tələbələrin diqqətinə çatdırılmışdır.

Sonra Nazirliyin Büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov çıxış edərək dövlət büdcəsinin tərtibi, təsdiqi, icrası, icrasına nəzarət haqqında tələbələrə geniş məlumat vermişdir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası

Maliyyə Nazirliyinin mətbuat xidməti

DAVAMI
  • 27

Naxçıvan Universitetinin “Maliyyə” və “Mühasibat uçotu və audit” ixtisası tələbələri ilə görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı sərəncamın icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 27 noyabr 2018-ci il tarixdə Naxçıvan Universitetinin “Maliyyə” və “Mühasibat uçotu və audit”  ixtisasının I və II kurs tələbələri ilə “Yerli büdcələrin icrasına və təsərrüfat hesablı dövlət orqanlarında xərclərin maliyyələşdirilməsinə nəzarətdə auditin rolu” mövzusunda görüşü keçirilib.


Tədbiri giriş sözü ilə açan universitetin İdarəetmə fakultəsinin dekanı Naim Cahidzadə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” müvafiq Sərəncamının muxtar respublikada ali təhsilin inkişafı, peşəkar kadr hazırlığının səviyyəsinin yüksəldilməsi, təşkilatlarla uğurlu əməkdaşlığın formalaşması və bu sahədəki mövcud problemlərin aradan qaldırılması baxımından əhəmiyyətli olduğunu vurğulamışdır. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi ilə Naxçıvan Universiteti arasında əməkdaşlığın inkişafından danışan Naim Cahidzadə elmi-praktik tədbirlərin mütəmadi olaraq keçirilməsinin, Universitetin “Maliyyə” və “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan tələbələrinə təcrübi biliklərin öyrədilməsinin zəruriliyini qeyd etmişdir.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə  Nəzarəti İdarəsinin Publik hüquqi şəxslərdə nəzarət tədbirlərinin aparılması sektorunun müdiri İbrahim Vəliyev və Büdcə idarə və təşkilatlarının təftişi sektorunun aparıcı məsləhətçi-müfəttişi  Yaqub Məmmədov “Yerli büdcələrin icrasına və təsərrüfat hesablı dövlət orqanlarında xərclərin maliyyələşdirilməsinə nəzarətdə auditin rolu” mövzusunda geniş məruzə ediblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.

              Naxçıvan Muxtar Respublikası

              Maliyyə Nazirliyinin mətbuat xidməti

 

DAVAMI
  • 29

Səhiyyə sahəsində çalışan mühasibatlıq işçiləri təlimlərə cəlb olunublar

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işində çalışanların mövcud biliklərinin artırılması və ixtisaslarının təkmilləşdirilməsi istiqamətində işlərini uğurla davam etdirir.


Noyabrın 27-də başlanan növbəti təlimlərə səhiyyə sahəsində çalışan maliyyə və mühasibatlıq üzrə 20 mütəxəssis cəlb olunub. “Büdcə təşkilatlarında praktik mühasibatlıq” adlı kurs 5 moduldan ibarət olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə və Vergilər nazirliklərinin, eləcə də Naxçıvan Muxtar Respublika Prokurorluğunun ekspertlərinin təqdimatları üzrə mərkəzin tədris zalında keçirilir.

Kursun gündəliyinə uyğun olaraq ilk gün Maliyyə Nazirliyinin Büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov çıxış edərək “Büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması” mövzusunda təlim iştirakçılarına ətraflı məlumat verib. Təlimdə praktik məsələ və testlərin həllinə geniş yer ayrılıb, eyni zamanda bir sıra mərhələlərlə-suallara cavab, testlərin işlənməsi və sorğu-anketlərin doldurulması ilə zənginləşdirilib.

4 gün, 12 tədris saatı müddətində təşkil olunacaq təkmilləşdirici kursda növbəti günlərdə mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun təşkili, maliyyə və mühasibatlıq işinin aparılması ilə bağlı hüquqi məsuliyyət və xəzinə əməliyyatlarının təşkili və uçotu mövzuları üzrə məlumatların əhatəli şəkildə iştirakçılara çatdırılması nəzərdə tutulub. Həmçinin tədris prosesində iştirakçılara gündəlik işlərində faydalı ola biləcək təlim materialları – slaydlar, müvafiq sahə üzrə normativ-hüquqi aktlar, sənəd formaları, təlimatlar, qaydalar və misalları özündə ehtiva edən vəsaitlər təqdim olunacaq.

Qeyd edək ki, kursun sonunda peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsindən sonra dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim ediləcək.

                 Naxçıvan Muxtar Respublikası 

                Maliyyə Nazirliyinin mətbuat xidməti

DAVAMI
  • 28

Maliyyə Tədris Mərkəzində növbəti kurs keçiriləcəkdir

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində 27-30 noyabr 2018-ci il tarixlərində səhiyyə sahəsində çalışan mühasiblər üçün növbəti “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” adlı  təkmilləşdirici kurs keçiriləcəkdir.


Kursun məqsədi büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması, mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun təşkili, maliyyə və mühasibatlıq işinin aparılması ilə bağlı hüquqi məsuliyyət və xəzinə əməliyyatlarının təşkili və uçotu haqqında iştirakçıları məlumatlandırmaq, bu sahədə onların biliklərini artırmaq və təkmilləşdirməkdən ibarətdir.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin tədris zalında keçirilən növbəti kursa səhiyyə sahəsində çalışan 20 nəfər mühasibatlıq işcisi dəvət olunmuşdur. Sayca 12-ci olan  təlim  gündəliyə uyğun olaraq Maliyyə və Vergilər nazirliklərinin, həmçinin Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tərəfindən davam etdiriləcəkdir.

Dörd gün, 12 tədris saatı təşkil olunmuş kursda iştirakçılara tədris prosesində, eləcə də, gündəlik və gələcək işlərində faydalı ola biləcək seçilmiş normativ-hüquqi aktlar toplusu, sənəd formaları və misallar ilə tərtib edilmiş metodik materiallar təqdim olunacaq.

Kursun sonunda tədris olunan mövzu ilə bağlı qiymətləndirmə mərhələsindən sonra dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim ediləcək.

DAVAMI
  • 19

Naxçıvan Dövlət Texniki Kollecinin “Mühasibat uçotu” ixtisası tələbələri ilə görüş keçirilib

Artıq ənənə halını almış bu tədbirlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı əsasında Maliyyə Nazirliyi ilə müvafiq təhsil müəssisələri arasında imzalanmış Tədbirlər Planı əsasında keçirilir.


Növbəti təlim isə 23 noyabr 2018-ci il tarixində Naxçıvan Dövlət Texniki Kollecinin II kurs Mühasibat uçotu ixtisaslarının tələbələri ilə “Yerli büdcələrin icrasına və təsərrüfat hesablı dövlət orqanlarında xərclərin maliyyələşdirilməsinə nəzarətdə auditin rolu” mövzusunda təşkil olunub.

Tədbiri Kollecin direktoru Asəf Ruşanov giriş sözü ilə açaraq adı çəkilən Sərəncamın önəmini vurğulayaraq qeyd etmişdir ki, Sərəncama əsasən, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Tibb Kolleci, Naxçıvan Musiqi Kolleci və Naxçıvan Dövlət Texniki Kolleci üzrə 100-ə yaxın ixtisas muxtar respublikanın aid təşkilatlarına hamiliyə verilmişdir. Sərəncamda qarşıda duran əsas vəzifələrdən biri tədrisin vəziyyətinin yaxşılaşdırılması və bununla bağlı hami təşkilatların müvafiq köməklik göstərməsidir. Direktor onu da qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının mütəmadi olaraq Naxçıvan Dövlət Texniki Kollecində keçirdikləri elmi-praktik tədbirlər müvafiq ixtisasların tələbələrinin yüksək səviyyədə hazırlığı və eləcə də, mühasibat uçotu sahəsində kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması baxımından böyük əhəmiyyət kəsb edir.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə  Nəzarəti İdarəsinin Büdcə idarə və təşkilatlarının təftişi sektorunun müdiri Xaqani Vəliyev “Yerli büdcələrin icrasına və təsərrüfat hesablı dövlət orqanlarında xərclərin maliyyələşdirilməsinə nəzarətdə auditin rolu” mövzusunda çıxış edərək yerli büdcə, yerli büdcənin gəlirləri, xərcləri, auditin məqsədi, növləri, auditor rəyi barədə ətraflı məlumat vermiş və auditor fəaliyyətinin əsas məqsədi olan təsərrüfat subyektinin mühasibat (maliyyə) hesabatlarının düzgünlüyü və onların apardıqları maliyyə və təsərrüfat əməliyyatlarının normativ aktlara uyğunluğunun müəyyən edilməsini tələbələrin diqqətinə çatdırmışdır.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası

Maliyyə Nazirliyinin mətbuat xidməti

 

 

DAVAMI
  • 44

Tələbələr istehsalat təcrübəsinə başlayıb

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində Naxçıvan Universitetinin “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan IV kurs tələbələri 6 həftəlik istehsalat təcrübəsinə başlayıblar. 19 noyabr – 29 dekabr 2018-ci il tarixlərini əhatə edən təcrübədə Universitetin 17 nəfər tələbəsi Nazirliyin müxtəlif struktur bölmələrində mövcud iş prosesi ilə tanış ediləcək və müəyyən iş bacarıqlarına sahiblənəcəklər. Təhsil aldıqları ixtisas üzrə təcrübəyə malik olacaq tələbələr, gələcək iş həyatlarında mühüm sayılan vərdişlər əldə edəcəklər.


Tələbələrin nazirliyə cəlb olunduğu gün təşkil edilən tədbirdə Nazirliyin Aparatının rəhbəri Tural Şirəlizadə muxtar respublikada tələbələrin ixtisaslı kadr şəklində hazırlanmasının təməlinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı ilə qoyulduğunu, bu əsasda bütün təhsil müəssisələri ilə sıx əlaqələr qurulduğunu, müxtəlif təlimlərin keçirildiyini, təhsil ocaqlarının müxtəlif təlim materialları ilə təmin olunduğunu və tələbələrin iş prossesinə cəlb edildiyini qeyd etdi.

Tələbələrin əldə etdikləri nəzəri bilikləri burada təcrübədə tətbiq edə biləcəklərini qeyd edən Tural Şirəlizadə  bu təcrübənin gələcəkdə peşəkar kadr kimi yetişməkdə tələbələr üçün böyük rolu olacağını bildirib. O, mühasib peşəsinin vacibliyindən danışaraq bu peşənin şərəfli bir sahə olduğunu deyib və təcrübə müddətində tələbələrə uğurlar arzulayıb.

Nazirliyin 17 əməkdaşı tərəfindən 25 mövzu üzrə praktik məşğələlərdə tələbələrin iştirakı təmin edilir. Hazırlanmış təcrübə proqramına uyğun olaraq 19 noyabr 2018-ci il tarixdən praktik məşğələlər aparılır, tələbələr maliyyə və mühasibatlıq mövzuları ilə bağlı geniş məlumat əldə edirlər.

Bundan əlavə, təcrübə müddətində tələbələr nazirliyin müvafiq şöbələri üzrə iş təcrübəsində iştirak edəcək və beləliklə, öz nəzəri biliklərini təcrübədə – iş prosesində möhkəmləndirəcəklər. Onların iş prosesində iştirakına tam şərait yaradılır, tələbələr büdcə sistemi və dövlət büdcəsinin tərtibi qaydaları, vahid büdcə təsnifatı, xəzinə əməliyyatlarının aparılması və xəzinə uçotu, mühasibat uçotu kitablarının işlənməsi, əmək haqqı və ştat cədvəllərinin hazırlanması, büdcə təşkilatlarında mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması,müəssisələrin gəlir və xərclərinin proqnozlaşdırılması və maliyyələşdirilməsi, əmək haqqının hesablanmasıqaydaları ilə yaxından tanış olurlar.

Təcrübənin məqsədi tələbələrin ali məktəbdə aldığı nəzəri bilikləri möhkəmləndirmək, dərinləşdirmək və sonrakı əmək fəaliyyətində istifadəsini təmin etmək, yeni texnologiyalarla, iş üsulları və digər məsələlərlə tanış etmək, işgüzarlıq, təşkilatçılıq və kommunikativ vərdişləri aşılamaq, tələbələrin maliyyə sahəsindəki biliklərini təkmilləşdirmək, öz peşələrinə olan marağı artırmaqdan ibarətdir.

Naxçıvan Muxtar Respublikası 
Maliyyə Nazirliyinin mətbuat xidməti 

DAVAMI
  • 25

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı təlimlərə başlanılıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı ilə təsdiq olunan Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatların, icmal büdcə ilə əhatə olunan qurumların aidiyyəti işçiləri üçün Maliyyə Nazirliyi yanında Maliyyə Elm – Tədris Mərkəzində təlimlərin keçirilməsinə başlanılıb. Təlimlər Naxçıvan Muxtar Respublikası da daxil olmaqla bütün regionları əhatə edəcək.


Eyni zamanda, vahid büdcə təsnifatının elektron və kağız daşıyıcılarda dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara, icmal büdcə ilə əhatə olunan qurumlara, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə orqanlarına göndərilməsi təmin edilib.

Vahid büdcə təsnifatda dəyişiklik edilməsi zərurəti son illərdə ölkədə həyata keçirilən iqtisadi islahatlar, dövlət və icmal büdcələrin idarə olunmasında tətbiq olunan qanunvericilik aktlarında aparılmış dəyişikliklərdən irəli gələn məsələlərin təsnifatda nəzərə alınması ilə bağlı olub.Yeni büdcə təsnifatı ölkədə həyata keçirilən dövlət maliyyə inzibatçılığının və hesabatlılığın gücləndirilməsi, şəffaflığın artırılması, həmçinin büdcə vəsaitlərindən təyinatı üzrə istifadənin tam təmin edilməsinə yönələn islahatların vacib elementlərindən biridir.

DAVAMI
  • 35
Sosial şəbəkələrdə biz