Naxçıvan Universitetinin tələbələri ilə görüş keçirilib

 

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı Sərəncamın icrası ilə bağlı 28 fevral 2019-cu il tarixdə “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin Mühasibat uçotu və audit və Maliyyə ixtisasının tələbələri ilə “Xəzinə əməliyyatlarının aparılmasının təşkilinin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda görüşü keçirilib.
DAVAMI
  • 152

Naxçıvan Dövlət Texniki Kollecinin “Mühasibat uçotu” ixtisası tələbələri ilə görüş keçirilib

 

27 fevral 2019-cu il tarixdə Naxçıvan Dövlət Texniki Kollecinin II kurs Mühasibat uçotu ixtisasının tələbələri ilə “Xəzinə əməliyyatlarının aparılmasının təşkilinin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda görüş təşkil olunub.
TədbirNaxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı əsasında Maliyyə Nazirliyi ilə müvafiq təhsil müəssisələri arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq keçirilib.
DAVAMI
  • 139

Tələbələrlə görüş keçirilib

 

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 27 fevral 2019-cu il tarixdə Naxçıvan Dövlət Universitetində İqtisad fakültəsinin II və III kurs Mühasibat uçotu və audit ixtisasının tələbələri ilə görüşü keçirilib.
DAVAMI
  • 152

Növbəti təkmilləşdirici kursa start verilib

 

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işində çalışanların mövcud biliklərinin artırılması və ixtisaslarının təkmilləşdirilməsi istiqamətində işlərini uğurla davam etdirir. Fevral ayının 26-da başlanan növbəti təlimlərə muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında çalışan maliyyə və mühasibatlıq üzrə 24 mütəxəssis cəlb olunub. “Büdcə təşkilatlarında praktik mühasibatlıq” adlı kurs 5 moduldan ibarət olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə və Vergilər nazirliklərinin, eləcə də Naxçıvan Muxtar Respublika Prokurorluğunun ekspertlərinin təqdimatları üzrə mərkəzin tədris zalında keçirilir.
DAVAMI
  • 96
Sosial şəbəkələrdə biz