Maliyyə Tədris Mərkəzində növbəti təlim keçirilib


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı ilə təsdiq olunan Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində növbəti təlim 29 mart tarixində keçirilmişdir. Bu təlimə muxtar respublikanın mədəniyyət sahəsində çalışan 15 maliyyə və mühasibatlıq işçisi cəlb edilib.
Təlimdə Mərkəzin direktoru Sevinc Cabbarova Təsnifatda olan əlavə və dəyişikliklərin əhəmiyyəti və məqsədi barədə umumi məlumat verib. Qeyd edilib ki, Qərara müvafiq olaraq vahid büdcə təsnifatında dəyişiklik edilməsi zərurəti son illərdə ölkədə həyata keçirilən iqtisadi islahatlar, dövlət və icmal büdcələrin idarə olunmasında tətbiq olunan qanunvericilik aktlarında aparılmış dəyişikliklərdən irəli gələn məsələlərin təsnifatda nəzərə alınması iləbağlıdır.
 Təsnifatda edilmiş əlavə və dəyişikliklərlə büdcə gəlirlərinin təsnifatı üzrə vergi və rüsumlar, eləcə də büdcə təşkilatlarının ödənişli xidmətlərdən daxilolmalarının geniş  və əhatəli təsnifləşdirilməsi barədə Nazirlik Aparatının Gəlirlərin proqnozu şöbəsinin əməkdaşı Elvin Nağıyevin çıxışı dinlənilib, iştirakçılara gəlir maddələrinə müvafiq əlavələr edilməsi barədə ətraflı məlumat verilib. 
dəyişikliyə müvafiq olaraq xərclərinin təsnifatı ilə bağlı Aparatın Büdcə şöbəsinin əməkdaşı Abbas Hüseynovun büdcə xərclərinin funksional təsnifatında bölmələrin sayı, təsnifatın bəzi xərc bölmələrinin genişləndirilməsi, bir sıra köməkçi bölmələrin strukturunun dəyişdirilməsi və büdcə xərclərinin iqtisadi təsnifatının yenidən işlənilərək bölmələrin sayında edilən dəyişikliklər barədə geniş çıxışı olub və dinləyiciləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
DAVAMI
  • 111

Hüquq-mühafizə orqanlarının maliyyə və mühasibatlıq üzrə mütəxəssisləri üçün təlim keçirilib.


 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə ötən il təsdiq olunan Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində növbəti təlim 15 mart 2019-cu il tarixdə keçirilib. 
1 gün müddətində keçirilən təlimə muxtar respublikanın hüquq-mühafizə orqanlarının maliyyə və mühasibatlıq sahəsində çalışan 25 nəfər maliyyə və mühasibatlıq işçisi cəlb edilib.Təlimdə Mərkəzin direktoru Sevinc Cabbarova Təsnifatda olan əlavə və dəyişikliklərin əhəmiyyəti və məqsədi barədə ümumi məlumat verib. Qeyd edilib ki, Qərara müvafiq olaraq vahid büdcə təsnifatında dəyişiklik edilməsi zərurəti son illərdə ölkədə həyata keçirilən iqtisadi islahatlar, dövlət və icmal büdcələrin idarə olunmasında tətbiq olunan qanunvericilik aktlarında aparılmış dəyişikliklərdən irəli gələn məsələlər ilə bağlıdır. Beynəlxalq təşkilatların təklifləri də nəzərə alınmaqla əlavə və dəyişikliklərlə təsdiq olunan büdcə təsnifatı ölkədə həyata keçirilən dövlət maliyyə inzibatçılığının və hesabatlılığın gücləndirilməsi, şəffaflığın artırılması, həmçinin büdcə vəsaitlərindən təyinatı üzrə istifadənin tam təmin edilməsi məqsədi daşıyır.
DAVAMI
  • 75

“Gənclərdə büdcə savadlılığı” adlı layihə davam edir

 

Muxtar respublikada təhsil sahəsinə xüsusi qayğı göstərilir, gənclərin bilikli, ixtisaslı kadr kimi yetişmələri daim diqqətdə saxlanılır, bu sahədə dövlət proqramları təsdiq olunur və genişəhatəli layihələr həyata keçirilir.
Maliyyə Nazirliyi tərəfindən icrasına başlanılmış “Gənclərdə büdcə savadlılığı” layihəsi də muxtar respublikada bu sahədə aparılan işlərin davamı rolunu oynayır.
Layihə cərçivəsində növbəti təlim 5 mart 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə “Naxçıvan” Universitetində baş tutub.
DAVAMI
  • 104

Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı növbəti təlim keçirilib


 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı ilə təsdiq olunan Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində növbəti təlim keçirilib.
01 mart tarixində keçirilən təlimə muxtar respublikanın səhiyyə sahəsində çalışan 18 maliyyə və mühasibatlıq işçisi cəlb edilib.
DAVAMI
  • 80
Sosial şəbəkələrdə biz