Beynəlxalq konqresdə iqtisadçımızın çıxışı maraqla qarşılanıb


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Sevinc Cabbarova Türkiyənin Marmaris  şəhərində Muğla Sıtkı Koçman Universiteti tərəfindən keçirilən “Turizm və mədəni irs” adlı  Beynəlxalq Konqresdə iştirak edib.Konqresdə 9 ölkədən, 12 universitetdən 102 nəfər iştirak etmişdir. Dörd gün davam edən tədbirin ölkələrarası turizm və mədəniyyət sahəsinin müzakirəsinə həsr olunan iclaslar təşkil  olunmuşdur. 
DAVAMI
  • 95

Səbuhi Məmmədov təltif edildi



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 30-da Səbuhi Məmmədova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilməsi haqqında Sərəncam  imzalayıb.
Sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Səbuhi Hidayət oğlu Məmmədova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin"
DAVAMI
  • 168

“Büdcə təşkilatlarında kargüzarlıq işinin aparılması qaydaları” mövzusunda növbəti təlim keçirilib




Təlim 25 aprel 2019-cu il tarixdə Maliyyə Tədris Mərkəzinin tədris zalında keçirilib. 3 saat müddətində planlaşdırılan təlimə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən 16, Fövqəladə Hallar Nazirliyindən 5, Gənclər və İdman Nazirliyindən 3 və Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsindən 1 nəfər olmaqla ümumilikdə 25 mütəxəssis cəlb edilib.

DAVAMI
  • 63

Naxçıvan Dövlət Universitetində “İdeyadan başlanğıca” layihəsi çərçivəsində təlim keçirilib.



Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamı əsasında Maliyyə Nazirliyinin təşkilatçılığı ilə  “İdeyadan başlanğıca” devizi altında növbəti təlim keçirilib.
Təlim Naxçıvan Dövlət Universitetində keçirilib. Təlimdə Maliyyə Nazirliyi ilə Universitetin əməkdaşları və 100-dən artıq tələbə iştirak edib.
Tədbiri Naxçıvan Dövlət Universitetinin prorektoru Rafiq Rəhimov açaraq Ali Məclis Sədrinin Sərəncamının əhəmiyyətindən, hami təşkilatlar və təhsil müəssisələri arasında əlaqələrin genişlənməsindən, hamiliklə bağlı görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Keçirilən təlimlərin əhəmiyyətini vurğulayıb.

DAVAMI
  • 94

Maliyyə Tədris Mərkəzində keçirilən təlimlər öz bəhrəsini verir


Ölkə İqtisadiyyatının inkişafı üçün öncə ixtisaslı kadrların peşəkarlığını artırmaq lazımdır. Bunun üçün də Muxtar Respublikamızda seminar ,müşavirə və təlimlər keçirilir. Keçirilən təlimlər isə öz bəhrəsini iş prosesində özünü göstərir. Fəaliyyətə başlamasının 1 il olmağına baxmayaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi müxtəlif istiqamətlərdə Muxtar Respublikamızda fəaliyyət göstərən mühasiblərə təlimlər keçirir. Bu təlimlər öz bəhrəsini mühasiblərin dili ilə desək hesab prosesində özünü göstərir.
DAVAMI
  • 100

Maliyyə Tədris Mərkəzində növbəti kurs


Bu istiqamətdə 16 aprel 2019-cu il tarixdə maliyyə və mühasibatlıq üzrə mütəxəssislər üçün “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” mövzusunda növbəti təkmilləşdirici təlim öz işinə başlayıb.
Dörd gün, 12 tədris saatı müddətində planlaşdırılan təlimə müxtəlif  büdcə təşkilatlarından bu sahə üzrə fəaliyyət göstərən 24 mütəxəssis cəlb edilib.
Təlim  5 moduldan ibarət olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə və Vergilər nazirliklərinin, eləcə də Naxçıvan Muxtar Respublika Prokurorluğunun ekspertlərinin təqdimatları üzrə mərkəzin tədris zalında keçirilir.
Təlimin əsas məqsədi muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında Milli Mühasibat Uçotu Standartlarına əsasən maliyyə-mühasibat işinin aparılması, vergi uçotunun təşkili, maliyyə hesabatlarının hazırlanması, mühasibat uçotu işinin aparılması ilə əlaqədar hüquqi məsuliyyət, xəzinə əməliyyatlarının təşkili və uçotu işlərinin qanunvericiliyin tələblərinə uyğun qurulması, təkmilləşdirilməsi və bu sahədə mütəxəssislərin biliklərinin artırılmasıdır.
Qeyd edək ki, təlimlər zamanı praktik məsələ və testlərin həllinə yer ayrılıb, eyni zamanda  iştirakçılara gündəlik işlərində faydalı ola biləcək seçilmiş normativ-hüquqi aktlar toplusu, sənəd formaları və misallar ilə tərtib edilmiş metodik materiallar təqdim olunacaq.
Məlumat üçün bildirək ki, peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsindən sonra dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim ediləcəkdir.
DAVAMI
  • 85

Naxçıvan Biznes Mərkəzində “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsinə dair konfrans keçirilib

Aprelin 16-da Naxçıvan Biznes Mərkəzində Avropa İttifaqının maliyyələşdirdiyi “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsinin açılış konfransı olub.
 Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri Səbuhi Məmmədov layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, BMT-nin İnkişaf Proqramının maliyyə dəstəyi də daxil olmaqla, Avropa İttifaqının maliyyələşdirdiyi “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətlərinin artırılması” layihəsi muxtar respublikanın qadın sakinlərinin maliyyə savadlılığının və idarəetmə vərdişlərinin yüksəldilməsinə, eyni zamanda, gəlir mənbələri qismən məhdud olan qadınların sahibkarlıq fəaliyyətinə təşviq olunmasına xidmət edir.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında gender bərabərliyinə xüsusi önəm verilir. Qadınların cəmiyyətdə mövqeləri möhkəmləndirilir, dövlət idarəçiliyində qadınların təmsilçiliyi və irəli vəzifələrə çəkilməsi təmin olunur. Muxtar respublikada kiçik və orta sahibkarlara, o cümlədən qadın sahibkarlara güclü dövlət dəstəyi göstərilir, qadınların ilkin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir.
Səbuhi Məmmədov deyib: Hazırda muxtar respublikada sahibkarlıq fəaliyyəti ilə yanaşı, ailə təsərrüfatları kimi dövlət qeydiyyatına alınan 1022 təsərrüfatdan 177-si qadınlar tərəfindən idarə olunur. Qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması, onların investisiya layihələrinin reallaşdırılmasına dövlət dəstəyinin göstərilməsi, güzəştli şərtlərlə kreditlər verilməsi yolu ilə maliyyə çətinliklərinin həlli və istehsalın stimullaşdırılması həyata keçirilir. Belə ki, 2017-2018-ci illərdə muxtar respublikada təsisçisi və sahibkarı qadın olan bir sıra sahibkarlıq subyektlərinə ilkin biznesə başlamaları və fəaliyyətlərinin genişləndirilməsi üçün 1 milyon 790 min manat məbləğində güzəştli şərtlərlə kreditlər verilib.
DAVAMI
  • 111
Sosial şəbəkələrdə biz