Ali Məclisin Sədri Sərəncam imzaladı


"Müasir dövrdə təhsil cəmiyyətin inkişafını təmin edən aparıcı istiqamət kimi davamlı olaraq yeniləşmə, ən son texnologiyalardan istifadə yolu ilə mütərəqqi ideyaların, bilik və bacarıqların tətbiqi xarakterini alır. Aparılan islahatlar kadr hazırlığına müasir yanaşma və eyni zamanda vətəndaşın müasir cəmiyyətə hərtərəfli inteqrasiyasını təmin edir.Naxçıvan Muxtar Respublikasında da son illərdə təhsilin davamlı inkişafını təmin edən sərəncamların qəbul edilməsi, güclü təhsil infrastrukturunun, maddi-texniki bazanın yaradılması, yüksək ixtisaslı kadr hazırlığını təmin edən dövlət proqramlarının, layihələrin uğurlu tətbiqi təhsilin beynəlxalq standartlar səviyyəsinə uyğunlaşmasına təkan verir.
“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamı ilə 3 ali, 3 orta ixtisas təhsili müəssisəsini əhatə edən 98 ixtisas və 1 lisey 31 təşkilata hamiliyə verilmişdir. Bu Sərəncamla hami təşkilatlar və təhsil müəssisələri arasında əlaqə genişlənmiş, qarşılıqlı əməkdaşlıq insan kapitalının inkişafına, iqtisadi cəhətdən dayanıqlı əmək bazarının yaradılmasına, təhsilverənlə işəgötürən arasında tələblərin formalaşmasına xidmət etmişdir.

DAVAMI
  • 56

“Gənclərdə büdcə savadlılığı” layihəsi çərçivəsində növbəti təlim Naxçıvan Müəllimlər İnstitutunda keçirildi

 
“Gənclərdə büdcə savadlılığı” layihəsi çərçivəsində növbəti təlim Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə 3 aprel 2019-cu il tarixində Naxçıvan Müəllimlər İnstitutunda 130-dan çox tələbənin iştirakı ilə baş tutub.Naxçıvan Müəllimlər İnstitutunun prorektoru,pedoqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov açılış nitqi etmiş və qonaqları salamlamışdır.
Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova layihə barədə ətraflı məlumat verib, əhəmiyyəti və aktuallığından danışıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı ilə əsası qoyulmuş tədbirlər hər keçən gün öz əhatə dairəsini genişləndirir və bir çox zəruri istiqamətdə layihələrin özülünü təşkil edir. Həyata keçirilən bu layihə də məhz müvafiq sərəncamın icrası ilə bağlıdır. Tələbələrin layihə çərçivəsində keçirilən tədbirlərə cəlb olunması onların təlim məşğələlərində müvafiq bilik və bacarıqlar əldə etmələri ilə yanaşı, ümumi dünyagörüşlərinin genişlənməsi, müasir informasiya cəmiyyətində tələb olunan səviyyədə hərtərəfli məlumata sahib olmaları, həyat təcrübəsinə yiyələnmələri məqsədi daşıyır.

DAVAMI
  • 80
Sosial şəbəkələrdə biz