“Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda təlim keçirilib.





Təlim 25 iyun 2019-cu il tarixində Maliyyə Nazirliyinin iclas zalında keçirilib. 3 saat müddətində planlaşdırılan təlimə müxtəlif təşkilatlarda fəaliyyət göstərən 21 nəfər maliyyə-mühasibat mütəxəssisi cəlb edilib.
Təlimin əsas məqsədi muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında işçilərin məzuniyyət hüququnun mövcud qanunvericiliyə uyğun olaraq təmin edilməsindən ibarətdir.
Bu məqsədlə təşkil olunmuş tədbiri Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova giriş sözü ilə açaraq təlimin aktuallığı və mahiyyəti barədə danışıb.
DAVAMI
  • 56

23 iyun dövlət qulluqçularının peşə bayramıdır


 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında ölkə vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ və dövlət orqanlarında qulluq etmək imkanına malik olması təsbit olunub. “Dövlət qulluğu” anlayışı da Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə Konstitusiyada verilmişdir.BMT Baş Assambleyasının tövsiyəsi nəzərə alınaraq, Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə 23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilib.
DAVAMI
  • 75

Müstəqil dövlətçiliyin təntənəsi


Çoxəsrlik dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı XX əsrin əvvəllərində Xalq Cümhuriyyətinin (AXC) yaradılması ilə müstəqil demokratik dövlət qurmaq imkanlarına malik olduğunu nümayiş etdirmişdir. Dövlətçiliyimizin təşəkkül yolunu təhlil edən ulu öndər Heydər Əliyev 2003-cü il mayın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 85 illiyi ilə əlaqədar Azərbaycan xalqına müraciətində milli dövlətçiliyin bu mühüm mərhələsinə qiymət verərək demişdir: "Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi”.
Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini və milli ictimai fikri üzvi şəkildə birləşdirən yeni dövlət - cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını səciyyələndirir.


DAVAMI
  • 111

15 iyun Milli Qurtuluş Günüdür



Azərbaycan xalqının milli qurtuluş günü — Azərbaycan Respublikasında rəsmi bayramlardan biri. 1997-ci ilin 15 iyun günündən bayram elan edilib. 1997-ci ildən qeyd olunan bayrama 1998-ci ildən dövlət statusu verilib.

 
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi.

Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969-1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.


DAVAMI
  • 69

“Ofis proqramları” adlı təlimə yekun vurulmuşdur




11 iyun 2019-cu il tarixində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yerli bölmələrinin əməkdaşları üçün “Ofis proqramları” adlı təlim keçirilib. 3 gün davam edən təlimə 13 iyunda yekun vurulmuşdur.
3 modul və 9 saatdan ibarət olan təlimə 16 əməkdaş cəlb olunub.
DAVAMI
  • 85
Sosial şəbəkələrdə biz