“Gənclərdə büdcə savadlılığı” layihəsi cərçivəsində növbəti təlim


Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən icrasına başlanılmış “Gənclərdə büdcə savadlılığı” layihəsi

cərçivəsində növbəti təlim 11 iyul 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində keçirilmişdir.


DAVAMI
  • 6

Cari ilin birinci yarısının yekunları müzakirə olunub



Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində cari ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclasını Baş nazirin müavini, Maliyyə naziri Səbuhi Məmmədov açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, bəhs edilən dövrdə Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 40 milyon 836 min 600 manat təyinata qarşı 108 faiz icra edilib, büdcəyə nəzərdə tutulandan 3 milyon 267 min 635 manat çox vəsait daxil olub. Cari ilin yanvar-iyun aylarında büdcə gəlirlərinin 84,3 faizi və ya 37 milyon 189 min 353 manatı Vergilər Nazirliyi tərəfindən təmin edilmiş vergi və rüsumlardan, 12,8 faizi və ya 5 milyon 635 min 486 manatı Dövlət Gömrük Komitəsi tərəfindən toplanılmış daxilolmalardan, 2,6 faizi və ya 1 milyon 153 min 809 manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 0,3 faizi və ya 125 min 577 manatı isə digər mənbələr hesabına daxil olub.
DAVAMI
  • 8

"Gənclərdə Büdcə Savadlılığı" layihəsi çərçivəsində "Budcə anlayışı və ailə büdcəsinin idarəolunması" adlı təlim Ağbulaq İstirahət Mərkəzində" keçirildi



 

Muxtar respublikamızda təhsil sahəsinə göstərilən qayğı daim diqqətdə saxlanılır. Bu sahədə dövlət proqramları təsdiq olunur və layihələr həyata keçirilir.
Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən icrasına başlanılmış “Gənclərdə büdcə savadlılığı” layihəsi də muxtar respublikada bu sahədə aparılan işlərin davamı rolunu oynayır.

Layihə cərçivəsində növbəti təlim 4 iyul 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində keçirilmişdir.

DAVAMI
  • 11

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib



Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2019-cu ilin iyun ayının son 15 günü ərzində bir sıra qərarlar qəbul edib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, 2019-cu il 20 iyun tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasında peşəkar mühasib təşkilatının akkreditasiya olunması Qaydası”nın təsdiq edilməsi haqqında” və “Naxçıvan Muxtar Respublikasında peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları” təsdiq edilib. Bu Qaydalar muxtar respublikada peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkilini, imtahanların keçirilməsini və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılmasını, habelə peşəkar mühasib sertifikatının formasını müəyyən edir. Həmçinin Qaydaya əsasən peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestri (bundan sonra – dövlət reyestri) Maliyyə Nazirliyi tərəfindən kağız və elektron daşıyıcılarda tərtib edilir və Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir.

DAVAMI
  • 6
Sosial şəbəkələrdə biz