“Gənclərdə büdcə savadlılığı” layihəsi


Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən icrasına başlanılmış “Gənclərdə büdcə savadlılığı” layihəsi cərçivəsində növbəti təlim 18 iyul 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində keçirilmişdir. Ağbulaq İstirahət Mərkəzinin iclas zalında keçirilən təlimə 50 -dən çox tələbə cəlb olunub.
 
DAVAMI
  • 28

Naxçıvan şəhər Maliyyə İdarəsindən maliyyələşən təşkilatların “QR kodlu yeni əməliyyat sistemi” ilə bağlı təlim keçirilmişdir.



Təlim 18 iyul 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin tədris zalında keçirilib. 1,5 saat müddətində planlaşdırılan təlimə Naxçıvan şəhər İcra Hakimiyyətinin tabeli təşkilatlarından 16, Naxçıvan şəhər Gömrük İdarəsindən, Naxçıvan şəhər Gömrük Mühafizə Xidmətindən,  Naxçıvan şəhər Təhsil Şöbəsindən, Naxçıvan şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən, Naxçıvan şəhər Mədəniyyət Şöbəsindən, Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər Şöbəsindən, Naxçıvan şəhər Vergilər İdarəsindən, Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzindən 1 nəfər olmaqla ümumilikdə 24 mütəxəssis cəlb edilib.   

DAVAMI
  • 26
Sosial şəbəkələrdə biz