Mühasiblər üçün təlimə yekun vurulub


25-27 sentyabr 2019-cu il tarixlərində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində keçirilən “Mühasibat uçotu standartları və profilaktiki nəzarət” adlı 3 günlük  təkmilləşdirici təlimə yekun vurulub.
Təlimə muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarından 20 mühasibat işçisi dəvət olunub.
Təlimin məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.
Gündəliyə uyğun olaraq Mərkəzin direktoru Sevinc Cabbarova Maliyyə Tədris Mərkəzi və keçirilən təlimlər haqqında ümumi məlumat verib, aktuallığı və mahiyyəti barədə danışıb.

DAVAMI
  • 47

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Dövlət qulluğunda etik davranış qaydaları” adlı təlim keçirilib

19 sentyabr 2019-cu il tarixində start verilən təlimə Maliyyə Nazirliyinin dövlət qulluqçusu olan 24 əməkdaşı cəlb olunub. 2 gün davam edən təlimin əsas məqsədi dövlət qulluğunda etikanın əhəmiyyəti, dövlət qulluqçularının riayət etməli olduğu əsas etik davranış qaydaları barədə gənc dövlət qulluqçularını məlumatlandırmaqdır.


DAVAMI
  • 70

Vüsal Məmmədov

Vüsal Cəmil oğlu Məmmədov 1986-1996-cı illərdə Culfa rayon Xanağa (indiki Xanəgah) kənd tam orta məktəbində təhsil almışdır. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Qeyri ərzaq mallarının əmtəəşünaslığı ixtisasına qəbul olmuş, 2000-ci ildə həmin ixtisas üzrə bakalavr dərəcəsi almışdır.
 Əmək fəaliyyətinə 01 iyul 2002-ci ildən Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin Mühasibat uçotu və hesabatı şöbəsində baş iqtisadçı vəzifəsi ilə başlamışdır. 2003-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır.
 23 iyul 2007-ci ildən Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin Xəzinə şöbəsinin büdcənin uçotu və hesabatı sektorunda aparıcı məsləhətçi kimi fəaliyyət göstərmiş, 20 aprel 2010-cu ildən Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri sektorunda baş məsləhətçi vəzifəsində işləmişdir.
 15 fevral 2017-ci ildən Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyət göstərir.
 
           
 

DAVAMI
  • 54

Məmmədov Vüsal

Məmmədov Vüsal Cəmil oğlu                   
 
1986-1996-cı illərdə Culfa rayon Xanağa (indiki Xanəgah) kənd tam orta məktəbində təhsil almışdır. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Qeyri ərzaq mallarının əmtəəşünaslığı ixtisasına qəbul olmuş, 2000-ci ildə həmin ixtisas üzrə bakalavr dərəcəsi almışdır.
 Əmək fəaliyyətinə 01 iyul 2002-ci ildən Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin Mühasibat uçotu və hesabatı şöbəsində baş iqtisadçı vəzifəsi ilə başlamışdır. 2003-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır.
 23 iyul 2007-ci ildən Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin Xəzinə şöbəsinin büdcənin uçotu və hesabatı sektorunda aparıcı məsləhətçi kimi fəaliyyət göstərmiş, 20 aprel 2010-cu ildən Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri sektorunda baş məsləhətçi vəzifəsində işləmişdir.
 15 fevral 2017-ci ildən Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyət göstərir.
 
---
DAVAMI
  • 47

Səkinə Qəhrəmanova

Səkinə Hümbətəli qızı Qəhrəmanova . 1981-1991-ci illərdə Naxçıvan şəhəri 2 nömrəli tam orta məktəbdə təhsil almışdır.1991-1994-cü illərdə  “Birlik Assosasiyasında mühasib köməkçisi işləmiş və 1994-cü ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakultəsinin Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili ixtisasına qəbul olmuş, 1998-ci ildə həmin ixtisas üzrə bakalavr dərəcəsi almışdır.2000-2002-ci illərdə Naxçıvan MR Mətbuat Yayımı İstehsalat Birliyində iqtisadçı vəzifəsində işləmişdir.2004-2008-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində Büdcə şöbəsinin yerli büdcələrin tərtibi və icmallaşdırılması sektorunda aparıcı məsləhətçi, 2008-2017-ci il tarixədək həmin şöbə və sektorda baş məsləhətçi və 2017-ci ildən  Büdcə şöbəsi müdirinin müavini, yerli büdcələrin tərtibi və icmallaşdırılması sektorunun müdiri vəzifəsində çalışır.
DAVAMI
  • 33

Xəlil Vəlizadə

Xəlil Əlişən oğlu Vəlizadə 1998-2004-cı illərdə Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbdə, 2004-2009-ci illərdə Naxçıvan Türk Liseyində təhsil almışdır. Həmin ildə Naxçıvan  Dövlət Universitetinin İqtisad fakültəsinin Dünya iqtisadiyyatı ixtisasına qəbul olmuş, 2013-ci ildə həmin ixtisas üzrə bakalavr dərəcəsi almışdır. 2013-ci ildə Naxçıvan Dövlət Universitetinin magistratura fakültəsinin  Gömrük işi ixtisasına daxil olmuş, 2016-ci ildə həmin ixtisas üzrə magistr dərəcəsi almışdır. İş fəaliyyətinə 30 dekabr 2014-cü ildə Naxçvan Şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində məsləhətçi mühasib vəzifəsində başlamışdır.17 noyabr 2017-ci il tarixdən  Naxçıvan Muxtar Respublikası “Dövlət aparatının və hüquq-mühafizə orqanlarının maliyyəsi”  şöbəsində baş məsləhətçi vəzifəsində işləyir. 2016-2017-ci illərdə Naxçıvan Dövlət Üniversitetində  müəllim işləmişdir, 2017-ci ildən  isə Naxçıvan Dövlət Texniki Kollecində  saathesabı müəllim işləyir.İki dərs vəsaitinin bir  neçə elmi məqalənin müəllifidir.
DAVAMI
  • 110

Qənbər Xudiyev

Qənbər Nazim oğlu Xudiyev 1999-2010-cu illərdə Babək rayon Qoşadizə kənd orta məktəbində təhsil almışdır. 2010-cu ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı ixtisasına qəbul olmuş və 2014- cü ildə həmin ixtisas üzrə bakalavr dərəcəsi almışdır. 2015-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbi fakültəsinin magistratura şöbəsinin Beynəlxalq iqtisadi münasibətlər ixtisasına daxil olmuş və 2017-ci ildə həmin ixtisas üzrə magistr dərəcəsi almışdır.
İş fəaliyyətinə 03 oktyabr 2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun  Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş Departementinin Proqnoz, uçot və təhlil sektorunun aparıcı məsləhətçisi vəzifəsində başlamışdır.  2017-ci il 17 noyabr tarixdən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin İqtisadi sahələrin maliyyəsi şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışır. 2019-cu il 01 yanvar tarixdən həmçinin Naxçıvan Universitetində  “Maliyyə” ixtisası üzrə müəllim kimi çalışır. 1 dərs vəsaiti və bir neçə elmi məqalənin müəllifidir.  
DAVAMI
  • 51
Sosial şəbəkələrdə biz