Ülvi Cəfərov

Ülvi Şirməmməd oğlu Cəfərov. 1990-2001-ci illərdə Naxçıvan şəhəri 10 nömrəli tam orta məktəbdə təhsil almışdır. Həmin ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin Ümumi İqtisadiyyat istiqamətinin Muhasibat uçotu və audit ixtisasına qəbul olmuş, 2008-ci ildə həmin ixtisas üzrə bakalavr dərəcəsi almışdır.
Cəfərov Ülvi əmək fəaliyyətinə  2006-cı ildə  Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində arxiv müdiri olaraq başlamışdır. 2008-ci ildən nazirliyin Xəzinə şöbəsinin Xəzinə əməliyyatları sektorunda baş məsləhətçi kimi fəaliyyət göstəmişdir. 2018-ci ildən isə Xəzinə şöbəsinin Xəzinə əməliyyatları sektorunun müdiri vəzifəsində işləyir.
DAVAMI
  • 17

Ramil Kərimov

Ramil Cəfər oğlu Kərimov 1989-2000-ci illərdə Şərur rayonu Ərəbyengicə kənd tam orta məktəbini fərqlənmə ilə bitirmiş, həmin ildə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin Mühasibat uçotu və audit ixtisasına qəbul olmuş, 2006-cı ildə bakalavr dərəcəsi almışdır.
Ramil Kərimov 2007-2010-cu illərdə Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin “Antiinhisar siyasəti” şöbəsində aparıcı məsləhətçi, 2011-2016-cı illərdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin “Sığorta nəzarəti” sektorunda aparıcı məsləhətçi, 2016-2017-ci illərdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin “Dövlət aparatının və hüquq-mühafizə orqanlarının maliyyəsi” şöbəsində aparıcı məsləhətçi, 2017-2017-ci ilədək Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin “Maliyyə nəzarəti” şöbəsinin “Büdcə, idarə və təşkilatların təftişi sektoru” müdiri kimi fəaliyyət göstərmişdir. 2017-ci ilin avqust ayından Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Naxçıvan şəhər Maliyyə şöbəsinin müdiri kimi fəaliyyət göstərir.
DAVAMI
  • 17

Tural Əliyev

Tural Akim oğlu Əliyev 2000-2006-cı illərdə Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbdə, 2006-2011-ci illərdə Şərur Türk Litseyində təhsil almışdır. Həmin ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasına qəbul olmuş, 2015-ci ildə həmin ixtisas üzrə bakalavr dərəcəsi almışdır. “Standard Insurance” sığorta şirkətində hüquqşünas kimi fəaliyyət göstərmişdir. 2017-ci ildən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində baş hüquqşünas vəzifəsində çalışmışdır . Hazırda Ümumi işlər və kadrlar şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərir.
DAVAMI
  • 31

Sənan İmanov


Sənan Nəriman oğlu İmanov 1968-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1976-1986 cı illərdə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1991-1996-cı illərdə  ildə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində təhsilini davam etdirmişdir. 1990-1994-cü illərdə müxtəlif təşkilatlarda mühasib kimi fəaliyyət göstərmiş, 1994-cü ildən etibarən  Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində işləməyə başlamışdır. Hal-hazırda Maliyyə Nazirliyinin Dövlət aparatının və  hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsinin sektor müdiri vəzifəsini icra edir.
DAVAMI
  • 25
Sosial şəbəkələrdə biz