Ali təhsil ocağında “Əmək münasibətlərinin praktiki uçotu” adlı dərs vəsaitinin təqdimatı keçirilib

DAVAMI
  • 146

Təlimçilər üçün təlim keçirilir

DAVAMI
  • 127

Naxçıvan Dövlət Texniki Kollecində təlim keçirilib



 Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində “Dövlət büdcəsi və fərdi büdcənin planlaşdırılması” adlı təlim keçirilib.Təlimdə 80-dən çox tələbə iştirak edib. Kollecin direktoru Asəf Ruşanov çıxış edərək keçirilən bu təlimlərin tələbələrin müvafiq sahədə biliklərinin inkişafındakı rolundan danışıb.Təlimin mahiyyəti və aktuallığı barədə Mərkəzin direktoru Sevinc Cabbarova məlumat verib.
DAVAMI
  • 165

Maliyyə Nazirliyində növbəti imtahan keçirilib


14 dekabr 2019-cu il tarixində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin əməkdaşlarının peşəkarlığı və bilik səviyyələrinin yoxlanılması məqsədilə növbəti test imtahanı keçirilib. Bu məqsədlə Maliyyə Tədris Mərkəzi tərəfindən test bazası yaradılıb. Bu dəfə imtahana qruplar şəklində Nazirliyin şöbə və yerli bölmələrindən ümumilikdə 18 əməkdaş cəlb edilib. İmtahan Nazirliyin Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsi tərəfindən yeni yaradılmış müasir elektron sistem vasitəsilə fərdi kompüterlərdə keçirilib.

DAVAMI
  • 177

12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür


Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
DAVAMI
  • 122
Sosial şəbəkələrdə biz