Maliyyə Nazirliyinin əməkdaşları imtahana cəlb ediliblər



29 noyabr 2019-cu il tarixində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin əməkdaşlarının peşəkarlığı və bilik səviyyələrinin yoxlanılması məqsədilə test imtahanı keçirilib. Bu məqsədlə Maliyyə Tədris Mərkəzi tərəfindən test bazası yaradılmışdır. Obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə imtahan “Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri” şöbəsi tərəfindən yeni yaradılmış  müasir elektron sistem vasitəsilə fərdi kompüterlərdə keçirilmişdir.
İmtahanda qruplar  şəklində Nazirliyin 54 əməkdaşı iştirak edib. Əməkdaşlara qanunvericilik, maliyyə sahəsi, dünyagörüşü, məntiq və digər mövzularla əlaqədar ümumilikdə 60 sual təqdim edilib. Nəticələr haqqında məlumat operativ olaraq imtahan bitdikdən sonra iştirakçılara çatdırılıb.
İmtahan nəticələri gələcəkdə əməkdaşların motivasiya prosesinə təsir göstərəcək.
DAVAMI
  • 106
Sosial şəbəkələrdə biz