Maliyyə Nazirliyində növbəti imtahan keçirilib


14 dekabr 2019-cu il tarixində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin əməkdaşlarının peşəkarlığı və bilik səviyyələrinin yoxlanılması məqsədilə növbəti test imtahanı keçirilib. Bu məqsədlə Maliyyə Tədris Mərkəzi tərəfindən test bazası yaradılıb. Bu dəfə imtahana qruplar şəklində Nazirliyin şöbə və yerli bölmələrindən ümumilikdə 18 əməkdaş cəlb edilib. İmtahan Nazirliyin Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsi tərəfindən yeni yaradılmış müasir elektron sistem vasitəsilə fərdi kompüterlərdə keçirilib.

DAVAMI
  • 157
Sosial şəbəkələrdə biz