“Gənclərdə Büdcə Savadlılığı” layihəsi çərçivəsində təlim keçirilib


Təlim 27 fevral 2020-ci il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Musiqi Kollecinin iclas zalında keçirilib. Təlimə Kollecdə təhsil alan 50-dən çox tələbə cəlb olunub.Proqrama uyğun olaraq Maliyyə Nazirliyinin əməkdaşı Ramil Hüseynov tərəfindən “Dövlət büdcəsini anlayaq” mövzusunda hazırlanmış təlim materialı təqdim olunub. Elektron materiallar vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi, dövlət büdcəsinin layihəsinin tərtibi, müzakirəsi, təsdiqi, icrası, icrasına nəzarət və büdcədənkənar fondlar, ehtiyat fondları haqqında ətraflı məlumat verilib.

DAVAMI
  • 211
Sosial şəbəkələrdə biz