“Maliyyə həftəsi” layihəsi ilə bağlı təlim keçirilib
Oktyabr ayının 6-da Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar Maliyyə Tədris Mərkəzi tərəfindən təşkil olunan “Maliyyə həftəsi” layihəsinə start verilib.
4 gün ərzində keçiriləcək layihənin məqsədi muxtar respublikada maliyyə və mühasibat uçotu sahəsində təhsil alan tələbələrə Maliyyə Nazirliyini tanıtmaqla onlarda müvafiq sahəyə maraq yaratmaq, təhsilin səviyyəsinin daha da yüksəldilməsinə stimul vermək və peşəkar kadr kimi formalaşmalarına dəstək olmaqdır. Layihənin hədəf auditoriyası muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində maliyyə və mühasibat uçotu ixtisası üzrə təhsil alan və layihədə iştirakı könüllü olan tələbələrdir.