Məktəblilər üçün “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim keçirilib


Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Hüseyn Cavid adına Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbində “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində təlim keçirilib. Layihənin əsas məqsədi ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdə maliyyə savadlılığı, qənaət, yığım və digər bacarıqlarını erkən yaşlardan inkişaf etdirilməsindən ibarətdir. 40-dan çox məktəblinin iştirakı ilə keçirilən təlim şagirdlərə maliyyə savadlılığı üzrə biliklərin əldə edilməsi və bu biliklərin təqdim edilməsi, onların yaradıcı düşünmə bacarıqlarının artırılması və maliyyə savadlılığının təşviq edilməsi imkanı yaradır.
DAVAMI
  • 471

Təhsil sahəsində çalışan mühasibatlıq işçiləri təlimlərə cəlb ediliblər



Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işində çalışanların mövcud biliklərinin artırılması və ixtisaslarının təkmilləşdirilməsi istiqamətində işlərini davam etdirir.
16-19 fevral 2021-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan 4 günlük təlimdə Naxçıvan Muxtar Respublikası Təhsil  Nazirliyinin 12 nəfər maliyyə-mühasibat işçisi iştirak edib. Təlimin məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.
DAVAMI
  • 525

Mühasiblər üçün iki günlük təlim keçirilib


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində keçirilən “Qısamüddətli aktivlərlə bağlı əməliyyatların uçotda əks etdirilməsi” adlı 2 günlük təkmilləşdirici təlimə yekun vurulub.
Təlimə muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən müxtəlif təşkilatlarından 12 maliyyə - mühasibat işçisi cəlb olunub. Təlimin məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.
DAVAMI
  • 475
Sosial şəbəkələrdə biz