“Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda təlim keçirilib
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda iki günlük təlim keçirilib. Təlimin keçirilməsində məqsəd muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında işçilərin məzuniyyət hüququnun mövcud qanunvericiliyə uyğun olaraq təmin edilməsindən ibarətdir. İki gün 4 saat müddətində keçirilən təlimə müxtəlif təşkilatlarda fəaliyyət göstərən 12 nəfər maliyyə-mühasibat mütəxəssisi cəlb edilib. Təşkil olunmuş tədbiri Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova giriş sözü ilə açaraq təlimin aktuallığı və mahiyyəti barədə danışıb.