Mədəniyyət sahəsində çalışan mühasiblər təlimlərə cəlb edilib
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi büdcə təşkilatlarında maliyyə və mühasibatlıq işində çalışanların mövcud biliklərinin artırılması və ixtisaslarının təkmilləşdirilməsi istiqamətində işlərini davam etdirir. Üç gün ərzində keçirilməsi nəzərdə tutulan təlimdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin 12 nəfər maliyyə-mühasibat işçisi iştirak edib. Təlimin məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.