Maliyyə Tədris Mərkəzində təkmilləşdirici təlimlər keçirilib
20-23 sentyabr 2021-ci il tarixlərində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yanında Maliyyə Elm Tədris Mərkəzinin Sertifikatlaşdırma və İmtahanların təşkili şöbəsinin müdiri Gülşən Orucova Maliyyə Tədris Mərkəzində “Büdcə təşkilatlarında uçot və hesabat” adlı təlim keçib. Təlimdə büdcə təşkilatlarında çalışan 13 mütəxəssis iştirak edib.