Maliyyə Tədris Mərkəzində təkmilləşdirici təlimlər keçirilib


20-23 sentyabr 2021-ci il tarixlərində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yanında Maliyyə Elm Tədris Mərkəzinin Sertifikatlaşdırma və İmtahanların təşkili  şöbəsinin müdiri Gülşən Orucova Maliyyə Tədris Mərkəzində “Büdcə təşkilatlarında uçot və hesabat” adlı təlim keçib. Təlimdə büdcə təşkilatlarında çalışan 13 mütəxəssis iştirak edib.
DAVAMI
  • 124

Mühasiblər üçün iki günlük təlim keçirilib



16-17 sentyabr 2021-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində növbəti iki günlük “Aktivlərlə bağlı əməliyyatların uçotda əks etdirilməsi” adlı təlim təşkil olunub.
Təlimə muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən müxtəlif təşkilatlarından 12 maliyyə-mühasibat işçisi cəlb olunub. Təlimin məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.
DAVAMI
  • 133

Maliyyə Tədris Mərkəzində növbəti təkmilləşdirici təlim keçirilib


 9-10 sentyabr 2021-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində növbəti iki günlük təlim təşkil olunub. Təlimə muxtar respublikada fəaliyyət göstərən müxtəlif təşkilatlardan 12 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub.
     Gündəliyə uyğun olaraq Mərkəzin direktoru Mehriban İmanova təlimin mahiyyəti  haqqında ümumi məlumat verərək, bu kimi təlimlərin keçirilməsində məqsədin muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında Beynəlxalq  Mühasibat Uçotu Standartlarına əsasən maliyyə-mühasibat işinin aparılması, müasir tələblərə uyğun olaraq maliyyə hesabatlarının hazırlanması və bu sahədə mütəxəssislərin biliklərinin artırılması olduğunu bildirib.
DAVAMI
  • 98

Maliyyə Tədris Mərkəzində növbəti təlim keçirilib


2-3 sentyabr 2021-ci il tarixlərində Naxçıvan Muxtar Rsepublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Torpaq, tikili və avadanlıqlar” adlı Mühasibat Uçotunun Beynəlxalq Standartının nəzəri və praktiki izahı mövzusunda iki günlük təlim keçirilib.
Mərkəzin iclas zalında keçirilən təlimə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali  Məhkəməsi və digər qarışıq təşkilatlarda maliyyə və mühasibatlıq sahəsində çalışan 14 nəfər işçi cəlb olunub.
Təlimin keçirilməsində məqsəd mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsidir.
DAVAMI
  • 85

Maliyyə Nazirliyində iclas olub



Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən iclasda nazir Rafael Əliyev çıxış edərək aidiyyəti üzrə tapşırıqlar verib.  Avqustun 28-də Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirədə Ali Məclis Sədrinin verdiyi tapşırıqları diqqətə çatdıran maliyyə naziri qeyd edib ki, payız-qış mövsümündə diqqətdə saxlanılacaq birinci məsələ elektrik enerjisi və təbii qaz təchizatıdır. Çünki muxtar respublikada məskunlaşmanın artması, yeni yaşayış məhəllələrinin salınması, sənaye və digər enerji tutumlu müəssisələrin istifadəyə verilməsi elektrik enerjisinə və təbii qaza olan tələbatı ilbəil artırır.
DAVAMI
  • 78
Sosial şəbəkələrdə biz