Mədəniyyət sahəsində çalışan mühasiblər təlimə cəlb olunub
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Maliyyə hesabatlarının hazırlanmasının nəzəri və praktiki əsasları” adlı növbəti iki günlük təlim təşkil olunub. Təlimə muxtar respublikanın mədəniyyət sahəsində fəaliyyət göstərən 18 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub.