Mühasiblər Forumu Qala gecəsi ilə başa çatıb.
2 dekabr 2023-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşəbbüsü, Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər İctimai Birliyi və Bakı Hesabat Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən "Rəqəmsal dövrdə mühasibatlıq: Yeni tələblər və çağırışlar" mövzusunda keçirilən Mühasiblər Forumu yekunlaşdıqdan sonra möhtəşəm Qala gecəsi baş tutub.