Maliyyə Nazirliyinin əməkdaşları Şuşa şəhərində keçirilən Forumda iştirak edib
Gənc Mühasiblər İctimai Birliyi və Financial Chain Corporation (FCHAİN)-nın birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümü münasibətilə 18 may 2024-cü il tarixində Şuşa şəhərində “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” mövzusunda Forum keçirilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
Mayın 10-da Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.Tədbir çərçivəsində ilk olaraq nazirlik əməkdaşları dahi şəxsiyyət Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucaldılmış abidəsini ziyarət edib, Ulu öndərə ehtiramlarını bildirərək abidə önünə gül dəstələri qoyub, sonra isə Heydər Əliyev Muzeyində görkəmli dövlət xadiminin həyatını və fəaliyyətini özündə əks etdirən eksponatlarla tanış olublar.