Maliyyə Tədris Mərkəzində Beynəlxalq mühasibat uçotu standartlarına keçid və mühasiblərin peşəkar sertifikasiyası adlı videotəlim keçirilib
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən təlimə dövlət büdcəsindən maliyyələşən təşkilatlardan maliyyə və mühasibatlıq sahəsində çalışan 70 mütəxəssis cəlb edilib.
Təlimin məqsədi beynəlxalq səviyyədə mühasibat uçotunun aparılması təcrübəsi və büdcə təşkilatlarında maliyyə hesabatlarının beynəlxalq uçotu standartlarına uyğun olaraq hazırlanması ilə bağlı biliklərin artırılmasından ibarətdir.
Əvvəlcə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova iştirakçıları salamlayaraq təlimin mahiyyəti haqqında ətraflı məlumat verib.
Sonra Mehriban İmanova tərəfindən Beynəlxalq Mühasibat Uçotu Standartlarına keçidin məqsədi, mərhələləri və mövcud vəziyyəti haqqında məlumatlar diqqətə çatdırılıb və “peşəkar mühasib kimdir”, “peşəkar kvalifikasiyalar”, “peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili” və digər mövzularla əlaqədar slaydlar vasitəsilə iştirakçılara ətraflı məlumat verilib.
Sonda Maliyyə Tədris Mərkəzinin, maliyyə və mühasibatlıq sahəsində çalışan mütəxəssislərin cari və perspektiv vəzifələrini əhatə edən fəaliyyət planı haqqında açıqlama verilib, iştirakçıların sualları cavablandırılıb.
---