Naxçıvan şəhər bələdiyyələri üçün seminar keçirilib
Fevralın 10-da Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “Bələdiyyələrin maliyyəsinin formalaşması və yerli büdcə vəsaitlərindən istifadə olunması ilə bağlı qanunvericiliyin tələbləri” mövzusunda Naxçıvan şəhər Qaraçuq Kənd Mərkəzində şəhər bələdiyyələri üçün seminar keçirilib.
Naxçıvan Şəhər Maliyyə İdarəsinin Xəzinə əməliyyatları sektorunun müdiri Nizaməddin Bağırov “Bələdiyyələrdə maliyyə vəsaitlərinin idarə olunması ilə bağlı qanunvericiliyin tələbləri və mühasibat uçotunun təşkili” barədə danışıb. Qeyd edilib ki, keyfiyyətli təşkil olunmuş mühasibat uçotu informasiyası bələdiyyələrin bütün əməliyyatlarının fəaliyyətinə nəzarət etməyə, onu təhlil etməyə və bu informasiya əsasında müxtəlif idarəetmə qərarlarını əsaslandırmaq və qəbul etmək üçün istifadə edilir.
Sonda mövzu ətrafında müzakirələr aparılmış, suallar cavablandırılmış və seminar iştirakçılarına “Metodik sənədlər toplusu” və “Dövlət büdcəsindən yerli büdcələrə maliyyə vəsaitinin (dotasiya və subvensiyanın) ayrılmasına və istifadəsinə dair” metodiki vəsait təqdim edilmişdir.
---