Hüseynov Ramil Maşallah oğlu

Hüseynov Ramil Maşallah oğlu 1995-2006-cı illərdə Şərur şəhər 2 saylı tam orta məktəbində təhsil almışdır. Həmin ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin İqtisadiyyatın tənzimlənməsi ixtisasına qəbul olmuş, 2010-cu ildə həmin ixtisas üzrə bakalavr dərəcəsi almışdır. 2010-cu ildə Naxçıvan Dövlət Universitetini bitirərək, ixtisası üzrə magistratura şöbəsinə daxil olmuş və 2013-cü ildə İqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə magistr dərəcəsi almışdır.
2011-2017-ci illərdə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin Büdcə şöbəsinin “Sosial sahələrin maliyyəsi” sektorunda aparıcı məsləhətçi kimi fəaliyyət göstərmiş, 2017-ciildən həmin şöbənin “Yerli büdcələrin tərtibi və icmallaşdırılması”sektorunda baş məsləhətçi vəzifəsində çalışır.
Hüseynov Ramil 12-16 noyabr 2012-ci il tarixlərində Beynəlxalq Maliyyə Qurumlarının standartları əsasında Maliyyə İdarəetməsi(Financal Managment under İnternational Financal İnstitution), 13-17 dekabr 2013-cü il tarixlərində Dəyişikliklərin idarə edilməsi (Change Managment) və 3-14 fevral 2014-cü il tarixlərində Nəticələr əsasında idarəetmə və səmərəli icra göstəriciləri(Results-Based Management and Effective Performance İndicators) kurslarını müvəffəqiyyətlə bitirərək müvafiq kursların sertifikatlarını almışdır.
Sosial şəbəkələrdə biz