Nurlan Rauf oğlu Hacıyev


Nurlan Rauf oğlu Hacıyev –Xəzinə şöbəsinin müdiri
1991-2002-ci illərdə Naxçıvan şəhər 10 saylı tam orta məktəbdə təhsil almışdır. Naxçıvan Dövlət Universitetində 2002-2006 –cıillərdə “Gömrük işinin Təşkili”, 2009-2013-cü illərdə “Ümumi iqtisadiyyat” ixtisasları üzrə ali təhsil almışdır. 2010-2011-ci illərdə Türkiyyədə  Ziraat Bankın  Bank məktəbində ”Ümumi bankçılıq” üzrə 6 aylıq təhsil proqramını bitirmişdir.
2008 – 2014 – cü illərdə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası idarəsində sədrin köməkçisi, 2014-2017 – ci illərdə “Naxçıvanbank” ASC Culfa rayon filialının müdri vəzifəsində işləmişdir. Haliyyədə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində Xəzinə şöbəsinin müdiri vəzifəsində  işləyir.
Azərbaycan Bank Tədris Mərkəzinin müxtəlif illərdə “Bank məhsul və xidmətləri”, “Nağdsız hesablaşmalar və risklər”, “Biznesdə insan kapitalı və liderlik prablemləri”, “Banklarda risklərin idarə edilməsinin əsaları”, “Müştəri xidmətləri və satış texnologiyaları”, “Kredit və risklərin idarə edilməsi”, “Kənd təsərrüfatının kreditləşdirilməsi”, “Elektron ödəniş məkanının formalaşması və ödəniş alətləri ilə əməliyyatlar” mövzularında həyata keçirdiyi təlim kurslarında iştirak edərək sertifikatlar almışdır.
Sosial şəbəkələrdə biz