Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən iclasda nazir Rafael Əliyev çıxış edərək aidiyyəti üzrə tapşırıqlar verib. Sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasında 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Ali Məclis Sədrinin verdiyi tapşırıqları diqqətə çatdıran maliyyə naziri qeyd edib ki, kommunal təyinatlı müəssisələrdə çalışan işçilərin müvafiq geyim dəstləri və avadanlıqlarla təmin olunması üçün maliyyə vəsaitinin ayrılması həyata keçirilməlidir. Həmçinin müəssisələrin balansında olan nəqliyyat vasitələrinin ehtiyat hissələri ilə təmin olunması, generatorların tam işlək vəziyyətə gətirilməsi üçün lazımi tədbirlər görülməlidir.
Payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
Naxçıvan Muxtar Respublikası beynəlxalq tədbirdə təmsil olunub
Bu günlərdə London şəhərində Avropanın və MDB-nin dövlət qurumlarının, beynəlxalq peşəkar mühasib təşkilatlarının, aparıcı şirkətlərin nümayəndələrinin, mühasibat, vergi, maliyyə nəzarəti və iqtisadiyyatın digər sahələrinin aparıcı mütəxəssislərinin iştirakı ilə beynəlxalq tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd maliyyə hesabatlarının beynəlxalq standartlarına edilən dəyişikliklərin müzakirəsi, maliyyə, daxili nəzarət, mühasibatlıq sahəsində yeni məlumatların əldə edilməsindən ibarət olub.
Hər ölkədən məhdud sayda nümayəndələrin təmsil olunduğu tədbirdə Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Təhsil Nazirliyinin, Dövlət Neft Fondunun, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin, Azərişıq ASC-nin və Azərbaycan Proffessional Maliyyə Menecerləri Assosiasiyasının əməkdaşları iştirak ediblər.
Mühasiblər növbəti təlimə cəlb olunub
18-19 avqust 2022-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Maliyyə hesabatlarının beynəlxalq standartlar əsasında tərtib və təqdim edilməsi” adlı təşkil olunan iki günlük təlimə muxtar respublikanın təhsil sahəsində fəaliyyət göstərən 20 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub.
Gündəliyə uyğun olaraq Mərkəzin direktoru Mehriban İmanova keçirilən təlimlər haqqında ümumi məlumat verərək təlimin əsas məqsədinin muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında Beynəlxalq Mühasibat Uçotu Standartlarına əsasən maliyyə-mühasibat işinin aparılması, müasir tələblərə uyğun olaraq maliyyə hesabatlarının hazırlanması və bu sahədə mütəxəssislərin biliklərinin artırılması olduğunu bildirib.
Maliyyə Nazirliyində 2022-ci ilin birinci yarımilində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilmişdir
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilən iclasda nazir Rafael Əliyev bildirib ki, 2022-ci ilin birinci yarımilində Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 71 milyon 540 min manat təyinata qarşı 106,9 faiz icra olunub, büdcəyə nəzərdə tutulandan 4 milyon 956 min 694 manat çox vəsait mədaxil edilib.
“Maliyyə məktəbi” layihəsi sona çatdı
2021-ci ilin noyabr ayında start götürən “Maliyyə məktəbi” layihəsi çərçivəsində “Gələcək üçün maliyyə” mövzusunda təlim başa çatıb. Təlimin keçirilməsində məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, onları maliyyə sahəsinə təşviq etməklə gəlir, qənaət, xərc, investisiya, büdcə haqqında məlumatlandırmaqdan ibarət idi. Muxtar respublikanın şəhər və rayonlarını əhatə edən layihədə 150 nəfər gənc iştirak edib.
Maliyyə Tədris Mərkəzində keçirilən iki günlük təlimə yekun vurulub
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində keçirilən “Büdcə təşkilatlarında mühasibat uçotunun təşkili” adlı təlimə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti, Naxçıvan Muxtar Respublikası Hesablama Palatası, Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası və digər qarışıq təşkilatlardan 23 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub.