Naxçıvan Biznes Mərkəzində “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsinə dair konfrans keçirilib

Aprelin 16-da Naxçıvan Biznes Mərkəzində Avropa İttifaqının maliyyələşdirdiyi “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsinin açılış konfransı olub.
 Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri Səbuhi Məmmədov layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, BMT-nin İnkişaf Proqramının maliyyə dəstəyi də daxil olmaqla, Avropa İttifaqının maliyyələşdirdiyi “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətlərinin artırılması” layihəsi muxtar respublikanın qadın sakinlərinin maliyyə savadlılığının və idarəetmə vərdişlərinin yüksəldilməsinə, eyni zamanda, gəlir mənbələri qismən məhdud olan qadınların sahibkarlıq fəaliyyətinə təşviq olunmasına xidmət edir.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında gender bərabərliyinə xüsusi önəm verilir. Qadınların cəmiyyətdə mövqeləri möhkəmləndirilir, dövlət idarəçiliyində qadınların təmsilçiliyi və irəli vəzifələrə çəkilməsi təmin olunur. Muxtar respublikada kiçik və orta sahibkarlara, o cümlədən qadın sahibkarlara güclü dövlət dəstəyi göstərilir, qadınların ilkin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir.
Səbuhi Məmmədov deyib: Hazırda muxtar respublikada sahibkarlıq fəaliyyəti ilə yanaşı, ailə təsərrüfatları kimi dövlət qeydiyyatına alınan 1022 təsərrüfatdan 177-si qadınlar tərəfindən idarə olunur. Qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması, onların investisiya layihələrinin reallaşdırılmasına dövlət dəstəyinin göstərilməsi, güzəştli şərtlərlə kreditlər verilməsi yolu ilə maliyyə çətinliklərinin həlli və istehsalın stimullaşdırılması həyata keçirilir. Belə ki, 2017-2018-ci illərdə muxtar respublikada təsisçisi və sahibkarı qadın olan bir sıra sahibkarlıq subyektlərinə ilkin biznesə başlamaları və fəaliyyətlərinin genişləndirilməsi üçün 1 milyon 790 min manat məbləğində güzəştli şərtlərlə kreditlər verilib.
DAVAMI
  • 291

“İdeyadan başlanğıca” layihəsinə start verilib.

Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamı əsasında Maliyyə Nazirliyinin təşkilatçılığı ilə  “İdeyadan başlanğıca” devizi altında təlimlərə start verilib.
Təlimlər yalnız Maliyyə Nazirliyinin hami olduğu maliyyə və mühasibat uçotu ixtisası üzrə təhsil alanları deyil, bütün ixtisaslar üzrə təhsil alan tələbələri əhatə edərək onlara öz layihələrini işləyib hazırlamaq, əsaslandırmaq və təqdim etmək sahəsində istiqamətlər verməyi əsas götürür.
Mövzu ilə bağlı ilk təlim Naxçıvan Dövlət Texniki Kollecində keçirilib. Təlimdə Maliyyə Nazirliyi ilə yanaşı digər hami təşkilatların nümayəndələri və 100-dən artıq tələbə iştirak edib.
Tədbiri Kollecin direktoru Asəf Ruşanov açaraq Ali Məclis Sədrinin Sərəncamının əhəmiyyətindən danışıb, keçiriləcək təlimlərin tələbələrə verəcəyi töhfədən bəhs edib.
   
DAVAMI
  • 514

“İdeyadan başlanğıca” devizi altında təlimlərə start verildi


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 3-də ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında sərəncam imzalayıb.

“İdeyadan başlanğıca” devizi altında hamiliyə verilən təhsil müəssisələri hami təşkilatlarla birgə innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələr (startaplar) həyata keçirməli, hami təşkilatlar layihələrin dəyərləndirilməsini həyata keçirən ekspert qrupları və ictimai əsaslarla fəaliyyət göstərən mərkəzlərin yaradılmasını, layihələrin (startapların) qəbulunu və təqdimatlarının keçirilməsini təmin etməli, hamiliyə verilən ali və orta ixtisas təhsili müəssisələri bu sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə müvafiq tədbirləri həyata keçirməlidirlər.

Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində ekspert qrupu yaradılmış və “İdeyadan başlanğıca” devizi altında təlimlərə start verilmişdir. "Biznes ideyanın yaradılması " adlı ilk təlim 10 aprel 2019 - cu il Naxçıvan Dövlət Texniki Kollecinin 3 cü kurs tələbələrinə keçirilmişdir.
Təlimçi: Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova

DAVAMI
  • 219

“Büdcə təşkilatlarında kargüzarlıq işinin aparılması qaydaları” mövzusunda təlim keçirilib.



Təlim 4 aprel 2019-cu il tarixdə Maliyyə Tədris Mərkəzinin tədris zalında keçirilib. 3 saat müddətində planlaşdırılan təlimə Mədəniyyət Nazirliyi sistemində bu sahə üzrə fəaliyyət göstərən 14 mütəxəssis cəlb edilib.Təlimin əsas məqsədi muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında kargüzarlığın qanunvericiliyin tələblərinə uyğun qurulması, onun vahid sistemə və formaya salınması, kargüzarlığın aparılması işinin daha da təkmilləşdirilməsidir.

DAVAMI
  • 255
Sosial şəbəkələrdə biz