Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin Mühasibat uçotu və audit ixtisasının tələbələri ilə görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı sərəncamın icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 26 oktyabr 2018-ci il tarixində Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin Mühasibat uçotu və audit ixtisasının tələbələri ilə “Büdcə gəlirlərinin proqnozlaşdırılması və büdcənin mədaxil hissəsinin formalaşdırılması” mövzusunda görüşü keçirilib.


Tədbiri giriş sözü ilə açan universitetin İqtisad fakültəsinin dekanı, Əşrəf Ələkbərov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” müvafiq Sərəncamının muxtar respublikada ali təhsilin inkişafı, peşəkar kadr hazırlığının səviyyəsinin yüksəldilməsi, təşkilatlarla uğurlu əməkdaşlığın formalaşması və bu sahədəki mövcud problemlərin aradan qaldırılması baxımından əhəmiyyətli olduğunu vurğulamışdır. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlığın inkişafından danışan Əşrəf Ələkbərov elmi-praktik tədbirlərin mütəmadi olaraq keçirilməsinin, Universitetin “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan tələbələrinə təcrübi biliklərin öyrədilməsinin zəruriliyini qeyd etmişdir.

Nazirliyin “Gəlirlərin proqnozu” şöbəsinin baş məsləhətçisi Aqil Nəsirov “Büdcə gəlirlərinin proqnozlaşdırılması və büdcənin mədaxil hissəsinin formalaşdırılması” mövzusunda çıxış edərək büdcə gəlirləri barədə, Azərbaycan Respublikasının dövlət büdcəsinə daxilolmaların hansı mənbələr hesabına olması haqqında və 2017-ci ilin büdcə gəlirləri ilə müqayisədə cari ilin büdcə gəlirlərində yaranan artımı cədvəl və diaqramlarla tələbələrin diqqətinə çatdırmışdır.

Sonra Nazirliyin “Büdcə” şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov çıxışında Azərbaycan Respublikasının büdcə sistemi haqqında və büdcə sisteminin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri barəsində danışaraq tələbələrə ətraflı məlumat vermişdir.

Sonda tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.

DAVAMI
  • 69

“Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin Maliyyə və Mühasibat uçotu və audit ixtisaslarının tələbələri ilə görüş keçirilib.

Məlum olduğu kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncam imzalamışdır. Həmin sərəncamın icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin bir qrup əməkdaşı 25 oktyabr 2018-ci il tarixində “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin Maliyyə və Mühasibat uçotu və audit ixtisaslarının tələbələri ilə “Büdcə gəlirlərinin proqnozlaşdırılması və büdcənin mədaxil hissəsinin formalaşdırılması” mövzusunda görüşü keçirilib.


Tədbiri İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə giriş sözü ilə açaraq adıçəkilən Sərəncamın önəmini vurğulayaraq qeyd etmişdir ki, Sərəncama əsasən, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Tibb Kolleci, Naxçıvan Musiqi Kolleci və Naxçıvan Dövlət Texniki Kolleci üzrə 100-ə yaxın ixtisas muxtar respublikanın aid təşkilatlarına hamiliyə verilmişdir. Sərəncamda qarşıda duran əsas vəzifələrdən biri tədrisin vəziyyətinin yaxşılaşdırılması və bununla bağlı hami təşkilatların müvafiq köməklik göstərməsidir. Fakültə dekanı onu da qeyd etmişdir ki, Naxçıvan MR Maliyyə Nazirliyinin əməkdaşlarının mütəmadi olaraq “Naxçıvan” Universitetində keçirdikləri elmi-praktik tədbirlər müvafiq ixtisasların tələbələrinin yüksək səviyyədə hazırlığı və eləcə də, mühasibat uçotu və audit və maliyyə sahəsində kadr potensialının formalaşması, gələcəkdə isə iş yerləri ilə təmin olunması baxımından əhəmiyyətlidir.

Nazirliyin “Gəlirlərin proqnozu” şöbəsinin baş məsləhətçisi Roman Hüseynov “Büdcə gəlirlərinin proqnozlaşdırılması və büdcənin mədaxil hissəsinin formalaşdırılması” mövzusunda çıxış edərək büdcə gəlirləri barədə, Azərbaycan Respublikasının dövlət büdcəsinə daxilolmaların hansı mənbələr hesabına olması haqqında və 2017-ci ilin büdcə gəlirləri ilə müqayisədə cari ilin büdcə gəlirlərində yaranan artımı cədvəl və diaqramlarla tələbələrin diqqətinə çatdırmışdır.

Sonra Nazirliyin “Büdcə” şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov çıxış edərək Azərbaycan Respublikasının büdcə sistemi haqqında geniş məlumat vermişdir. O, büdcə sisteminin tərkib hissəsi olan Naxçıvan MR-nın büdcəsinin gəlirləri barəsində danışaraq tələbələrə ətraflı məlumat vermişdir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırıb.

DAVAMI
  • 56

Maliyyə Nazirliyinin əməkdaşlarının Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri ilə görüşü keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı sərəncama uyğun olaraq 24 oktyabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi əməkdaşlarının Naxçıvan Dövlət Texniki Kollecinin II kurs mühasibat uçotu ixtisası tələbələri ilə görüşü keçirilib.


Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Asəf Ruşanov vurğulayıb ki, sözügedən sərəncam muxtar respublikada təhsilin inkişafı, peşəkar kadr hazırlığı, tələbələrin ixtisasa praktiki baxımdan daha mükəmməl yiyələnmələri məqsədi ilə qəbul edilən və artıq öz real nəticələrini verən mühüm sənəddir. Çıxışda Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin müvafiq ixtisasa uğurla hamilik etməsindən, tələbələrin ixtisas təcrübəsi qazanmaları üçün Nazirlikdə hərtərəfli şərait yaradılmasından, nəzəri-təcrübi əhəmiyyətli birgə tədbirlərin həyata keçirilməsindən bəhs edilib.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov, Gəlirlərin proqnozu şöbəsinin baş məsləhətçiləri Aqil Nəsirov, Roman Hüseynov və həmin şöbənin aparıcı məsləhətçisi Elvin Nağıyev “Büdcə gəlirlərinin proqnozlaşdırılması və büdcənin mədaxil hissəsinin formalaşdırılması” mövzusunda məruzə ediblər. Məruzədə bildirilib ki, Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Qeyd olunub ki, büdcə gəlirləri Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının və yerli özünüidarəetmə orqanlarının müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalar hesabına formalaşır.

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

DAVAMI
  • 35

Maliyyə Tədris Mərkəzinin təlimçisi Zahid Qənbərovun “Məntiq test toplusu kitabının” təqdimat mərasimi olub

“Naxçıvan” Universitetinin Kitabxanasında ali təhsil ocağının İqtisadiyyat fakültəsinin müəllimi Zahid Qənbərovun “Məntiq test toplusu” kitabının təqdimat mərasimi olub.

Naxcivanxeberleri.com xəbər verir ki, tədbiri giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq bildirmişdir ki, Zahid Qənbərov artıq 2 test kitabının, 2 test bankının və 1 dərs vəsaitinin müəllifidir.


Onun müəllifi olduğu vəsaitlər oxucu kütləsi arasında çox geniş yayılmaqdadır. Bu günlərdə isə müəllifin “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində “Məntiq test toplusu” adlı kitabı işıq üzü görüb. Tədbirdə çıxış edən universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu bildirmişdir ki, dərs vəsaiti magistraturaya və dövlət qulluğuna qəbul imtahanları proqramı əsasında hazırlanmışdır.Verilmiş testlərdən istifadə etməklə tələbələr təməl məntiqi düşünmə biliklərini möhkəmləndirməklə yanaşı, eyni zamanda öyrənmənin yeni forma və metodlarına da yiyələnəcəklər. Test vəsaitindən ali məktəb tələbələri,magistrantlar dövlət qulluğuna hazırlaşanlar ,müəllimlər və məntiq elminə maraq göstərən bütün şəxslər istifadə edə bilərlər. Sonra İqtisadiyyat kafedrasının müdiri, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru,dosent Dilsuz Qasımovun, həmin kafedranın müəllimi,riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elşad Ağayevin, “Naxçıvan” Universiteti kitabxanasının əməkdaşı, magistr Aygün Kürdovanın və universitetin Tələbə Gənclər Təşkilatının sədri, İqtisadiyyat ixtisasının IV kurs tələbəsi Sənan Əhmədovun çıxışları dinlənilmişdir. Sonda müəllif ona göstərilən qayğıya görə minnətdarlıq etmiş, bundan sonra daha səylə çalışacağına əminliyini bildirmişdir.

DAVAMI
  • 43

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin nümayəndə heyəti Avstriya Respublikasında işgüzar səfərdə olublar

Maliyyə idarəetməsinin təkmilləşdirilməsi istiqamətində Avstriya Respublikasının Federal Maliyyə Nazirliyinin dəvəti ilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin nümayəndə heyəti 15-18 oktyabr tarixləri arasında Avstriyanın paytaxtı Vyanada və Ştiriya Əyalətinin Qrats şəhərində bir sıra görüşlər keçiriblər.


Səfərdə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Səbuhi Məmmədov, Dövlət Maliyyə Nəzarəti İdarəsinin rəisi Rəsul Rəsulov, Büdcə şöbəsinin müdiri Aləm Bağırov, Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova və Nazirlik Aparatının aparıcı məsləhətçisi Qənbər Xudiyev heyətin tərkibində təmsil olunublar.

15-16 oktyabrda Vyana şəhərində Avstriya Federal Maliyyə Nazirliyində geniştərkibli görüşdə nazir müavini – Büdcə və Maliyyə Planlaşdırması Baş İdarəsinin rəisi Frederike Şvarzendorferin rəhbərlik etdiyi heyətlə Avstriya Respublikasının Mərkəzi büdcəsiylə əyalət büdcələri arasında münasibətlərin qurulması mexanizmi ətrafında müzakirələr aparılmışdır. İclasın gedişində muxtar respublikanın da müvafiq sahə üzrə iş prinsipləri barədə danışılıb və təcrübə mübadiləsinin gələcək iş prosesinə müsbət təsirlərindən bəhs edilib.

Nümayəndə heyəti Avstriya Respublikasının Ştiriya Əyalətinin paytaxtı Qrats şəhərində olmuş, burada maliyyə naziri Səbuhi Məmmədov ilə  əyalətin maliyyə, nəqliyyat və  energetika üzrə naziri Anton Lanqın ikitərəfli görüşü keçirilmişdir. Qarşılıqlı maraq doğuran sahələrdə fikir mübadiləsi aparılmış görüşdə əsas müzakirə mövzuları Ştiriya Əyalətində yerli büdcənin tərtibi, gəlir və xərclərin müəyyənləşdirilməsi metodologiyası və Mərkəzi büdcə ilə iş prinsipləri olmuşdur. Oxşar metodologiyanın mövcudluğu ilə yanaşı fərqlilik təşkil edən sahələr barədə də danışılmış və hər birinin özünə xas üstünlükləri qarşılıqlı tədqiq istiqamətinə çevrilmişdir.

Daha bir görüş Ştiriya Əyalətinin Maliyyə İdarəsinin rəisi Klemens Munqenast və müvafiq sahələr üzrə ekspertlərin iştirakı ilə keçirilmişdir. Görüş çərçivəsində heyətlər tərəfindən müxtəlif istiqamətlər üzrə müzakirələr aparmış, iş prinsipləri qarşılıqlı təhlil olunmuşdur. Təcrübələrin öyrənilməsiylə mövcud iş mexanizminin təkmilləşdirilməsinə yönəldilən danışıqlar, bələdiyyələrə və kommunal təşkilatlara ayrılan vəsait və dotasiyaların müəyyənləşdirilməsi mexanizmi, büdcədən maliyyələşən və dotasiya alan təşkilatlarda nəzarət tədbirlərinin aparılması kimi spesifik sahələri əhatə etmişdir. Öz xarakteri etibarilə kifayət qədər məhsuldar olan görüş yeni iş mexanizminin öyrənilməsi ilə maliyyə idarəetməsinin yeni bir mərhələyə yüksəlməsində xüsusi rola malik olacaq.

Beynəlxalq təcrübəsinin öyrənilməsi istiqamətində kifayət qədər əhəmiyyətli rola malik olan görüşlərin keçirilməsi daha intizamlı və təkmil maliyyə sisteminin qurulmasına, büdcə vəsaitlərinin daha səmərəli istifadəsinə və muxtar respublika dövlət büdcəsinin gəlir və xərclərinin planlaşdırılması prosesinin daha da təkmil şəkildə aparılmasına zəmin yaradacaqdır.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mətbuat Xidməti

DAVAMI
  • 53

Səhiyyə sahəsində çalışan maliyyə və mühasibat işçiləri üçün təkmilləşdirici kurslara başlanılacaqdır

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” mövzusunda növbəti təkmilləşdirici kurs 23-26 oktyabr 2018-ci il tarixlərində keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin tədris zalında keçiriləcək olan kursa  Naxçıvan Muxtar Respublikasının səhiyyə sahəsində çalışan 20 nəfər mühasibat işçisi dəvət edilmişdir. Keçiriləcək 4 günlük  kursda “Büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması”, “Xəzinə əməliyyatlarının aparılması”, “Vergi uçotunun təşkili”, “Büdcə təşkilatlarında maliyyə və mühasibatlıq işinin aparılması ilə bağlı hüquqi məsuliyyət” və “Maliyyə hesabatlarının hazırlanması” kimi mövzular üzrə təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.

23-26 oktyabr 2018-ci il tarixlərində keçirilən kurs gündəliyə uyğun olaraq Maliyyə və Vergilər nazirliklərinin ekspertləri, həmçinin Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşı tərəfindən davam etdiriləcəkdir. Nəzərinizə çatdırılır ki, kursun yekununda tədris olunan mövzu ilə bağlı qiymətləndirmə mərhələsindən sonra iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim ediləcəkdir.

DAVAMI
  • 30
Sosial şəbəkələrdə biz