“Gənclərdə büdcə savadlılığı” çərçivəsində növbəti təlim keçirilib


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Tibb Kollecində “Gənclərdə büdcə savadlılığı” çərçivəsində növbəti təlim keçirilib.60-dan çox tələbənin iştirak etdiyi tədbirdə Kollecin direktoru Sona Məmmədova açılış nitqi edərək qonaqları salamlayıb.Tədbirin mahiyyəti və aktuallığı barədə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova ətraflı məlumat verib.
DAVAMI
  • 283

Heydər Əliyevin anadan olmasından 96 il ötür



Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gəlmişdir. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdır.
Heydər Əliyev 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət etmiş, 1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. O, Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
DAVAMI
  • 0
  • 69

Şuşanın işğalından 27 il ötür


Bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 27 il ötür.
                Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir.
Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətləri ilə tarixə düşən bu şəhər dünyada Azərbaycan muğamının beşiyi kimi tanınır.
1977-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyətimizin və incəsənətimizin böyük simalarından Üzeyir bəy Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün ev muzeyləri yaradılıb, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi ucaldılıb.

DAVAMI
  • 52

Peşəkar mühasib təşkilatının akkreditasiya olunması qaydaları təsdiq edildi

“Peşəkar mühasib təşkilatının akkreditasiya olunması Qaydası" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 2 may tarixli 204 nömrəli Qərarı ilə təsdiq edilmişdir.Peşəkar mühasib təşkilatının akkreditasiya olunması
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 iyun tarixli 105 nömrəli Fərmanının 1.5-ci bəndinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında peşəkar mühasib təşkilatının akkreditasiya olunması qaydasını müəyyən edir.
1.2. Bu Qayda “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) müraciət edən qeyrikommersiya təşkilatlarına şamil edilir.
1.3. Qeyri-kommersiya təşkilatı peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunmaq üçün mühasibat uçotu sahəsində aşağıdakı istiqamətlərdən hər hansı biri üzrə ən azı beş il fəaliyyət göstərməlidir:
1.3.1. beynəlxalq standartların tətbiqi və ya tərcüməsi üzrə xidmət göstərilməsi;
1.3.2. əlavə təhsil üzrə lisenziyası olmaqla, beynəlxalq standartlar üzrə müvafiq təlim və (və ya) imtahanların keçirilməsi.
1.4. Peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunmuş qeyrikommersiya təşkilatlarının siyahısı Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir.
DAVAMI
  • 55

“Ofis proqramları” adlı təlim keçirilib

 
 
1-3 may 2019-cu il tarixlərində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində  Maliyyə Nazirliyinin əməkdaşları üçün “Ofis proqlramları” adlı təlim keçirilib.
         3 modul və 9 saatdan ibarət olan təlimə Maliyyə Nazirliyinin aparatından 20 əməkdaş cəlb olunub.
Təlimin əsas məqsədi əməkdaşların kompüter biliklərinin artırılması, “Windows 7” əməliyyat sistemi haqqında ümumi məlumatın, İnternet mövzularının və Microsoft Office paketinə daxil olan bir sıra proqramların təfərrüatlı öyrənilməsidir.
 
DAVAMI
  • 0
  • 150

Beynəlxalq konqresdə iqtisadçımızın çıxışı maraqla qarşılanıb


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Sevinc Cabbarova Türkiyənin Marmaris  şəhərində Muğla Sıtkı Koçman Universiteti tərəfindən keçirilən “Turizm və mədəni irs” adlı  Beynəlxalq Konqresdə iştirak edib.Konqresdə 9 ölkədən, 12 universitetdən 102 nəfər iştirak etmişdir. Dörd gün davam edən tədbirin ölkələrarası turizm və mədəniyyət sahəsinin müzakirəsinə həsr olunan iclaslar təşkil  olunmuşdur. 
DAVAMI
  • 96
Sosial şəbəkələrdə biz