Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad edilib.

12 dekabr 2023-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. İlk olaraq Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifələrinin müvəqqəti icraçısı, nazir müavini Həsən İsmayılov açaraq Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətindən, Azərbaycanın sürətli inkişafı üçün yürütdüyü uzaqgörən siyasətindən bəhs edib. Qeyd edib ki, Ulu Öndərin Azərbaycan tarixində misilsiz xidmətləri olub. Dövlət müstəqilliyinin əldə olunması, milli dövlətçilik ənənələrimizin qorunub saxlanılması istiqamətində Ümummilli Lider Heydər Əliyevin gördüyü işlər Azərbaycan tarixində mühüm əhəmiyyət daşıyır. Sonda Ümummilli Lider Heydər Əliyevin həyatına və siyasi fəaliyyətinə həsr edilmiş film nümayiş etdirilib.
DAVAMI
  • 173

Forum iştirakçıları üçün Muxtar Respublika ilə tanışlıq turu təşkil edilib.


Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Rəqəmsal dövrdə mühasibatlıq: Yeni tələblər və çağırışlar" mövzusunda keçirilən Mühasiblər Forumunda iştirak etmiş təşkilatçılar, fəxri qonaqlar və dəvətlilər üçün 3 dekabr 2023-cü il tarixində muxtar respublikanın gəzməli-görməli yerlərinə tur təşkil edilib.

DAVAMI
  • 138

Mühasiblər Forumu Qala gecəsi ilə başa çatıb.


   2 dekabr 2023-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşəbbüsü, Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər İctimai Birliyi və Bakı Hesabat Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən "Rəqəmsal dövrdə mühasibatlıq: Yeni tələblər və çağırışlar" mövzusunda keçirilən Mühasiblər Forumu yekunlaşdıqdan sonra möhtəşəm Qala gecəsi baş tutub.

DAVAMI
  • 185

Naxçıvanda Mühasiblər Forumu keçirilib.

2 dekabr 2023-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşəbbüsü, Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər İctimai Birliyi və Bakı Hesabat Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Rəqəmsal dövrdə mühasibatlıq: Yeni tələblər və çağırışlar" mövzusunda Mühasiblər Forumu keçirilib.

DAVAMI
  • 168
Sosial şəbəkələrdə biz