Ramil Cəfər oğlu Kərimov


Ramil Cəfər oğlu Kərimov -Naxçıvan şəhər maliyyə şöbəsinin müdiri
1989-2000-ci illərdə Şərur rayonu Ərəbyengicə kənd tam orta məktəbini fərqlənmə ilə bitirmiş, həmin ildə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin Mühasibat uçotu və audit ixtisasına qəbul olmuş, 2006-cı ildə bakalavr dərəcəsi almışdır.
Ramil Kərimov 2007-2010-cu illərdə Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin “Antiinhisar siyasəti” şöbəsində aparıcı məsləhətçi, 2011-2016-cı illərdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin “Sığorta nəzarəti” sektorunda aparıcı məsləhətçi, 2016-2017-ci illərdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin “Dövlət aparatının və hüquq-mühafizə orqanlarının maliyyəsi” şöbəsində aparıcı məsləhətçi, 2017-2017-ci ilədək Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin “Maliyyə nəzarəti” şöbəsinin “Büdcə, idarə və təşkilatların təftişi sektoru” müdiri kimi fəaliyyət göstərmişdir. 2017-ci ilin avqust ayından Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Naxçıvan şəhər Maliyyə şöbəsinin müdiri kimi fəaliyyət göstərir.
Sosial şəbəkələrdə biz