Naxçıvanda Mühasiblər Forumu keçirilib.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifələrinin müvəqqəti icraçısı Nihad Mehbalıyev və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Mirəli Kazımovun çıxışları dinlənilib.
Ümummilli lider Heydər Əliyevin maliyyə, uçot və vergi sisteminin yeni dövrün tələblərinə uyğun qurulmasındakı əvəzsiz xidmətlərindən danışan Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova qeyd etdi ki, forumun keçirilməsindəki əsas məqsədlərdən biri də Ulu Öndərin ölkəmizin iqtisadi inkişaf strategiyası istiqamətində gördüyü əvəzolunmaz işlərinin nəticələrini təqdim etməkdir.
Çıxışlardan sonra Ulu Öndərə həsr olunmuş videoçarx izlənib.
Forum müddətində spikerin iştirakı ilə “Rəqəmsal iqtisadiyyatda uçot və hesabatlılıq, yeni tələblər” və “Vergi sistemi və inzibatçılığı sahəsində həyata keçirilən yeniliklər, qarşıya çıxan çətinliklər” adlı 2 panel üzrə “Dövlət və özəl sektorda mühasib peşəsinə qoyulan tələblər”, “Rəqəmsal dövrün mühasibat uçotuna təsiri və regionlarda uçotun inkişaf məsələləri”, “Rəqəmsal mühasibatlıqda ERP sistemlərinin əhəmiyyəti”, “Büdcə və büdcədən maliyyələşən təşkilatlarda ERP sistemlərinin tətbiqi, inkişafı və gələcək hədəflər”, “Sahibkarlıq subyektlərində uçot və biznes təhlükəsizliyi: məsuliyyətlər və vəzifələr”, “Vergi uçotu və inzibatçılığında yeni çağırışlar”, “Biznes subyektlərində yeni çağırışlar müstəvisində vergi işinin təşkili”, “Vergi Məcəlləsinə nəzərdə tutulan əlavə və dəyişikliklər, onların vergi uçotu və hesablarına təsirləri” mövzularında çıxışlar dinlənilib.
Sonda panel müzakirələri aparılıb, forum iştirakçılarına sertifikatlar təqdim edilib.
 Forum öz işini başa vurduqdan sonra “Naxçıvan Saray” kompleksində “Qala gecəsi” keçirilib.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yaninda Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova “Qala gecə”sində qonaqları salamlayıb, keçirilən forumun əhəmiyyətindən danışıb və qonaqlara xoş istirahətlər arzu edib.
Sonra forumda iştirak edən təşkilatçılar, ekspertlər və fəxri qonaqlar üçün nəzərdə tutulmuş xatirə plaketlərinin təqdimatı olub. Onların forum haqqında, Naxçıvan haqqında xoş təəssüratları dinlənilib.
Sonda təşkil olunmuş musiqi proqramı qonaqlarda xoş ovqat yaradıb.
  • 64
Sosial şəbəkələrdə biz