Qənbər Xudiyev

Qənbər Nazim oğlu Xudiyev 1999-2010-cu illərdə Babək rayon Qoşadizə kənd orta məktəbində təhsil almışdır. 2010-cu ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı ixtisasına qəbul olmuş və 2014- cü ildə həmin ixtisas üzrə bakalavr dərəcəsi almışdır. 2015-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbi fakültəsinin magistratura şöbəsinin Beynəlxalq iqtisadi münasibətlər ixtisasına daxil olmuş və 2017-ci ildə həmin ixtisas üzrə magistr dərəcəsi almışdır.
İş fəaliyyətinə 03 oktyabr 2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun  Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş Departementinin Proqnoz, uçot və təhlil sektorunun aparıcı məsləhətçisi vəzifəsində başlamışdır.  2017-ci il 17 noyabr tarixdən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin İqtisadi sahələrin maliyyəsi şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışır. 2019-cu il 01 yanvar tarixdən həmçinin Naxçıvan Universitetində  “Maliyyə” ixtisası üzrə müəllim kimi çalışır. 1 dərs vəsaiti və bir neçə elmi məqalənin müəllifidir.  
  • 13
Sosial şəbəkələrdə biz