Səkinə Qəhrəmanova

Səkinə Hümbətəli qızı Qəhrəmanova . 1981-1991-ci illərdə Naxçıvan şəhəri 2 nömrəli tam orta məktəbdə təhsil almışdır.1991-1994-cü illərdə  “Birlik Assosasiyasında mühasib köməkçisi işləmiş və 1994-cü ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakultəsinin Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili ixtisasına qəbul olmuş, 1998-ci ildə həmin ixtisas üzrə bakalavr dərəcəsi almışdır.2000-2002-ci illərdə Naxçıvan MR Mətbuat Yayımı İstehsalat Birliyində iqtisadçı vəzifəsində işləmişdir.2004-2008-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində Büdcə şöbəsinin yerli büdcələrin tərtibi və icmallaşdırılması sektorunda aparıcı məsləhətçi, 2008-2017-ci il tarixədək həmin şöbə və sektorda baş məsləhətçi və 2017-ci ildən  Büdcə şöbəsi müdirinin müavini, yerli büdcələrin tərtibi və icmallaşdırılması sektorunun müdiri vəzifəsində çalışır.
  • 8
Sosial şəbəkələrdə biz