Naxçıvan Dövlət Universitetinin tələbələri istehsalat təcrübəsi keçirlər


Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin “Mühasibat uçotu və audit” ixtisasında, əyani şöbə üzrə, təhsil alan IV kurs tələbələri Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində istehsalat təcrübəsinə cəlb olunub. Hazırlanmış təcrübə proqramına uyğun olaraq maliyyə nazirliyinin Xəzinə şöbəsinin müdiri Nurlan Hacıyev və həmin şöbənin əməkdaşı İbrahim Şərifov iş fəaliyyətləri haqqında geniş məlumat verib, “Büdcə təşkilatlarında balans hesabatlarının tərtib olunması”, “Rayon(şəhər) üzrə maliyyə şöbələrinə XAKS-ların açılması”, “ Büdcə təşkilatlarının xərc smetalarının işlənməsi” və digər mövzular ətrafında çıxış ediblər. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.Qeyd edək ki, təcrübə müddətində tələbələrin nazirliyin müvafiq şöbələrində mövcud iş prosesi ilə tanış olması və nəzəri biliklərə yiyələnməsi əsas məqsəd daşıyır.
  • 210
Sosial şəbəkələrdə biz