Maliyyə Tədris Mərkəzində xəzinədarlıq əməliyyatları üzrə sənədlərin elektron tərtibi sistemi ilə bağlı təlimlərə start verilib

Təlimdə büdcədən maliyyələşən müxtəlif təşkilatlardan 12 mütəxəssis iştirak edib.
Təlimin keçirilməsində məqsəd ödəniş tapşırıqları sənədləri bölməsinin iş prinsipinin izahı və sistemdə olan yeniliklərin iştirakçılara öyrədilməsindən ibarətdir.
Əvvəlcə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova çıxış edərək iştirakçılara təlimin məqsədi və əhəmiyyəti barədə məlumat verib.
2 saat ərzində davam edən təlimdə Maliyyə Nazirliyinin əməkdaşı Vüsal Məmmədovun təqdimatında iştirakçılara mövzu ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, xəzinədarlıq əməliyyatları zamanı sənədlərin elektron tərtibi sistemində yeni qurulmuş modul vasitəsilə ödəniş tapşırıqları sənədləri sistem üzərindən işlənilib xəzinədarlığa təqdim ediləcəkdir. Təlimdə Nazirliyin Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinin müdiri Vüsal Əsədov və Xəzinə şöbəsinin müdiri Nurlan Hacıyev iştirakçılara sistemlə bağlı tövsiyələrini veriblər.
Sonda sistemlə əlaqədar geniş fikir mübadiləsi aparılaraq təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Xatırladaq ki, növbəti günlərdə təlimin digər qruplar üçün davam etdirilməsi nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti
  • 398
Sosial şəbəkələrdə biz