Təcrübəçi tələbələr arasında “Ailənin mühasibi” adlı təlim keçirilib

 Təlimin məqsədi tələbələrin maliyyə savadlılığının artırılmasından ibarətdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova açaraq əlamətdar günlər haqqında məlumat verib, maliyyə savadlılığının maliyyə risk və imkanlarının qiymətləndirilməsi və rasional seçimlər edilməsi baxımından mühüm rol oynadığını bildirib.
Sonra Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin əməkdaşı Emil Tarverdiyev tələbələrə ailə büdcəsinin planlanması, xərclərin idarə olunması, investisiya və yığım, maliyyə azadlığı haqqında slaydlar və əyani vəsaitlərlə geniş məlumat verib.
Təlimdən sonra 20 tələbənin iştirakı ilə intellektual yarış keçirilib. Bilik yarışında öz fəallığı və intellektual səviyyəsi ilə seçilən qaliblər qazanılmış xalların cəminə görə müəyyən edilib. İlk beş yerin qalibinə sertifikatlar təqdim olunub.
  • 102
Sosial şəbəkələrdə biz