“Gələcək üçün maliyyə” layihəsi çərçivəsində növbəti təlim keçirilib

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi “Gələcək üçün maliyyə” silsilə tədbirləri çərçivəsində 11 avqust 2021-ci il tarixində tələbələr üçün növbəti təlimə yekun vurub. Ağbulaq İstirahət Mərkəzində keçirilən təlimə 60-dan çox tələbə cəlb olunub. Mərkəz tərəfindən bu kimi təlimlərin keçirilməsi gələcəyimiz olan gənclərimizin maliyyə bazarının aktiv iştirakçısına çevrilməsinə və muxtar respublika iqtisadiyyatının daha da güclənməsinə verilən bir töhfədir.
   Tədbirin mahiyyəti və aktuallığı barədə Mərkəzin əməkdaşı məlumat verərək, bu təlimin iştirakçılar üçün mühüm əhəmiyyətindən ətraflı bəhs edib. Bildirilib ki, "Gələcək üçün maliyyə" layihəsi çərçivəsində təşkil edilən bu səpkili təlimlərin, eləcə də tələbələrin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif tədbirlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur.
   Proqrama uyğun olaraq Mərkəzin əməkdaşı Pərviz Babayev tərəfindən “Gələcək üçün maliyyə” mövzusunda hazırlanmış təlim materialı təqdim olunub. Təqdimat zamanı pulun formalaşması və yeni nəsil valyuta, büdcə nədir, büdcənin düzgün şəkildə idarə edilməsi, şəxsi pul vəsaitlərinin planlı şəkildə istifadəsi, yığım və investisiyanın əhəmiyyəti və digər mövzular haqqında ətraflı məlumat verilib. Növbəti mərhələdə tələbələrin bu mövzular ətrafında bilik səviyyələrinin yoxlanılması məqsədilə interaktiv mərhələ keçirilib.
Müsabiqə xarakterli təlimdə uğur qazanmış komandalara, həmçinin təlimdə fəal iştirak edən tələbələrə Mərkəzin sertifikatları və hədiyyələr təqdim olunub.
  • 315
Sosial şəbəkələrdə biz