Mədəniyyət işçilərinin vahid elektron reyestri ilə bağlı təlim keçirilib


29 mart tarixində Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində muxtar respublikanın mədəniyyət müəssisələrinin maliyyə və mühasibat işçilərinin iştirak etdiyi, 12 nəfərlik qruplar şəklində təlimlərə start verilib.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova iştirakçılara təlimin mahiyyəti barədə məlumat verib.
3 gün müddətində təşkil olunmuş təlimin ilk günündə Mədəniyyət Nazirliyi strukturuna daxil olan və tabeliyində olan müəssisələrdə çalışan işçilərinin vahid elektron reyestri sistemində qurulmuş yeni modulun - əməkhaqqı ödəniş cədvəllərinin işlənilmə mexanizmi Nazirliyin əməkdaşı Vüsal Məmmədov tərəfindən təlim iştirakçılarına praktiki izah olunub. Təlimçi bildirib ki, digər mədəniyyət müəssisələri ilə yanaşı, uşaq musiqi məktəblərinin də əməkhaqqı ödəniş cədvəllərinin elektron hazırlanması mümkün olacaqdır.
Cari ilin aprel ayından etibarən isə muxtar respublikanın bütün mədəniyyət müəssisələrinin əməkhaqqı cədvəllərinin elektron qaydada sistemə işlənilməsi təmin ediləcəkdir.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar nazirliyin müvafiq şöbələrinin əməkdaşları tərəfindən cavablandırılıb.

  • 450
Sosial şəbəkələrdə biz