Təhsil sahəsində çalışan mühasibatlıq işçiləri təlimlərə cəlb ediliblər

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işində çalışanların mövcud biliklərinin artırılması və ixtisaslarının təkmilləşdirilməsi istiqamətində işlərini davam etdirir.
16-19 fevral 2021-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan 4 günlük təlimdə Naxçıvan Muxtar Respublikası Təhsil  Nazirliyinin 12 nəfər maliyyə-mühasibat işçisi iştirak edib. Təlimin məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.
Gündəliyə uyğun olaraq Mərkəzin direktoru Mehriban İmanova təlimin aktuallığı və mahiyyəti barədə danışıb.
Təlimin ilk günü   Naxçıvan Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının sektor müdiri–baş mühasibi Elvin Əlimərdanovun “Büdcə təşkilatlarında maliyyə hesabatlarının hazırlanması mərhələləri” adlı mövzu ətrafında əməliyyat jurnallarında qeydiyyatın aparılması, dövriyyə cədvəllərinin hazırlanması, maliyyə hesabatlarının tərtib edilməsi və digər modullar ətrafında təqdimatı dinlənilib.
Təlimin ikinci günündə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanovanın “Büdcə təşkilatlarında maliyyə hesabatlarının tərtib edilməsinin praktiki izahı” mövzusu ilə bağlı təlim iştirakçılarına ətraflı məlumat verməsi və müvafiq praktiki tapşırıqların  yerinə yetirilməsi  nəzərdə tutulur.
Növbəti günlər gündəliyə uyğun olaraq “Büdcə təşkilatlarında vergi uçotunun təşkili” adlı mövzu ilə bağlı Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin auditi şöbəsində böyük dövlət vergi müfəttişi İsmayıl Bağırovun təqdimatında vergi bəyannamələrinin, hesabatların tərtib edilməsi və göndərilməsi, “Büdcə təşkilatlarında əmək münasibətlərinin hüquqi tənzimlənməsi” adlı mövzu ətrafında Maliyyə Tədris Mərkəzinin əməkdaşı Zəhra İsmayılova tərəfindən əmək müqaviləsi, müqavilədə yer alan şərtlərin, iş vaxtının tənzimlənməsi qaydası və qanunvericiliyə müvafiq olaraq digər maddələrin izahı dinləniləcək.
    Təlimin sonunda peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsi keçiriləcək və iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim ediləcək.
  • 439
Sosial şəbəkələrdə biz