Maliyyə Tədris Mərkəzində keçirilən iki günlük təlimə yekun vurulub

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində keçirilən “Büdcə təşkilatlarında mühasibat uçotunun təşkili” adlı  təlimə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti, Naxçıvan Muxtar Respublikası Hesablama Palatası, Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası və digər qarışıq təşkilatlardan 23 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub.Gündəliyə uyğun olaraq mərkəzin direktoru Mehriban İmanova keçirilən təlimlər haqqında məlumat verib, mövzunun aktuallığı və mahiyyəti barədə danışıb.Təlimin ilk günü Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin Babək Rayon Vergilər İdarəsinin əməkdaşı Cavid Ələkbərov “Büdcə təşkilatlarında maliyyə hesabatlarının tərtib edilməsinin nəzəri və praktiki izahı” modulu ətrafında çıxış edərək müxtəlif təsərrüfat əməliyyatlarının mühasibat hesablarında  qeyd olunmasının elmi əsasları izah edilib, maliyyə hesabatlarının hazırlanma mərhələləri və mövzuya uyğun olaraq digər məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.Növbəti gün “Büdcə təşkilatlarının təqdim etməli olduğu vergi bəyannamələrinin hazırlanması” modulu ətrafında mobil bankçılıqla köçürmələrin yaradılması, əmək haqqının ödənilməsi,  təşkilatların muzdlu ödəmə mənbəyindən tutulan vergi və sosial sığorta haqlarına edilən güzəştlər, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənişlərin vergiyə cəlb olunması haqqında geniş məlumat verib, müvafiq praktiki tapşırıqlar yerinə yetirilib.Təlimin sonunda tədris olunan mövzularla bağlı aparılan qiymətləndirmənin yekun nəticələrinə görə iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.
  • 449
Sosial şəbəkələrdə biz