Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində 2020-ci ildə görülən işlər və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilən kollegiya iclasını Maliyyə naziri Rafael Əliyev açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin 2020-ci ildə gəlirləri 113 milyon 200 min manat təyinata qarşı 116 milyon 718 min 58 manat və ya 103,1 faiz icra olunmaqla, büdcəyə 3 milyon 518 min 58 manat artıq vəsait daxil olub.
DAVAMI
  • 443

Maliyyə Tədris Mərkəzində növbəti təlim keçirilib


14 yanvar 2021-ci il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində Xəzinədarlıq əməliyyatları üzrə sənədlərin elektron tərtibi sistemində qurulmuş yeni modulun “Ödəniş tapşırığı” sənədlərinin daxil edilməsi və baxılması bölməsinin praktiki izahı adlı təlimlərə start verilib. 2 saat ərzində davam edən təlimə muxtar respublikanın rayonlarında fəaliyyət göstərən təşkilatlardan 12 maliyyə-mühasibat işçisi cəlb olunub.
DAVAMI
  • 486

Maliyyə Tədris Mərkəzində layihələrin təqdimatı keçirilib


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə hamiliyə verilmiş Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin Mühasibat uçotu və audit ixtisasında təhsil alan tələbələrin istehsalat təcrübəsinin yekunlaşması ilə əlaqədar 29 dekabr 2020-ci il tarixində layihələrinin təqdimatı olub.
Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Mehriban İmanova açaraq qonaqları salamlayıb, layihənin məqsədi haqqında danışıb. Bildirilib ki, bu layihənin həyata keçirilməsində məqsəd, hami təşkilat olaraq, gələcək kadrların təkçə maliyyə sahəsində deyil, digər sahələrdə də olan istedadlarını üzə çıxarmaqdan ibarətdir.
DAVAMI
  • 512

Təkmilləşdirici təlimlər davam edir


25 dekabr 2020-ci il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində büdcə təşkilatlarında çalışan maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə “Maliyyə hesabatlarının tərtib olunmasının praktiki izahı” mövzusunda növbəti təlim keçirilib. Təlimin məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.
DAVAMI
  • 491

“Maliyyə həftəsi” layihəsi ilə bağlı təlim keçirilib


Oktyabr ayının 6-da Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar Maliyyə Tədris Mərkəzi tərəfindən təşkil olunan “Maliyyə həftəsi” layihəsinə start verilib.
4 gün ərzində keçiriləcək layihənin məqsədi muxtar respublikada maliyyə və mühasibat uçotu sahəsində təhsil alan tələbələrə Maliyyə Nazirliyini tanıtmaqla onlarda müvafiq sahəyə maraq yaratmaq, təhsilin səviyyəsinin daha da yüksəldilməsinə stimul vermək və peşəkar kadr kimi formalaşmalarına dəstək olmaqdır. Layihənin hədəf auditoriyası muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində maliyyə və mühasibat uçotu ixtisası üzrə təhsil alan və layihədə iştirakı könüllü olan tələbələrdir.

DAVAMI
  • 444
Sosial şəbəkələrdə biz