Maliyyə Tədris Mərkəzində növbəti kurs


Bu istiqamətdə 16 aprel 2019-cu il tarixdə maliyyə və mühasibatlıq üzrə mütəxəssislər üçün “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” mövzusunda növbəti təkmilləşdirici təlim öz işinə başlayıb.
Dörd gün, 12 tədris saatı müddətində planlaşdırılan təlimə müxtəlif  büdcə təşkilatlarından bu sahə üzrə fəaliyyət göstərən 24 mütəxəssis cəlb edilib.
Təlim  5 moduldan ibarət olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə və Vergilər nazirliklərinin, eləcə də Naxçıvan Muxtar Respublika Prokurorluğunun ekspertlərinin təqdimatları üzrə mərkəzin tədris zalında keçirilir.
Təlimin əsas məqsədi muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında Milli Mühasibat Uçotu Standartlarına əsasən maliyyə-mühasibat işinin aparılması, vergi uçotunun təşkili, maliyyə hesabatlarının hazırlanması, mühasibat uçotu işinin aparılması ilə əlaqədar hüquqi məsuliyyət, xəzinə əməliyyatlarının təşkili və uçotu işlərinin qanunvericiliyin tələblərinə uyğun qurulması, təkmilləşdirilməsi və bu sahədə mütəxəssislərin biliklərinin artırılmasıdır.
Qeyd edək ki, təlimlər zamanı praktik məsələ və testlərin həllinə yer ayrılıb, eyni zamanda  iştirakçılara gündəlik işlərində faydalı ola biləcək seçilmiş normativ-hüquqi aktlar toplusu, sənəd formaları və misallar ilə tərtib edilmiş metodik materiallar təqdim olunacaq.
Məlumat üçün bildirək ki, peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsindən sonra dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim ediləcəkdir.
  • 29
Sosial şəbəkələrdə biz