Naxçıvan Dövlət Universitetində “İdeyadan başlanğıca” layihəsi çərçivəsində təlim keçirilib.


Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamı əsasında Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin  təşkilatçılığı ilə  “İdeyadan başlanğıca” devizi altında növbəti təlim keçirilib.
Təlim Naxçıvan Dövlət Universitetində keçirilib. Təlimdə Maliyyə Nazirliyi ilə Universitetin əməkdaşları və 100-dən artıq tələbə iştirak edib.
Tədbiri Naxçıvan Dövlət Universitetinin prorektoru Rafiq Rəhimov açaraq Ali Məclis Sədrinin Sərəncamının əhəmiyyətindən, hami təşkilatlar və təhsil müəssisələri arasında əlaqələrin genişlənməsindən, hamiliklə bağlı görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Keçirilən təlimlərin əhəmiyyətini vurğulayıb.
Sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarovanın “İdeyadan başlanğıca” mövzusunda təlimi dinlənilmişdir. O, təqdimatında tələbələrə “ideya nədir”, “ideyanın yaranma mərhələləri” və “ideyanın növləri” barədə geniş məlumat verib.  İnnovativ layihələrin işlənib hazırlanması, əsaslandırılması, təqdim olunması, müxtəlif modellərlə layihələrin təhlil edilməsi, möhkəmləndirilməsi və inkişaf etdirilməsi barəsində danışıb.
Tələbələr tərəfindən irəli sürülən bir sıra ideyalarla bağlı geniş müzakirələr aparılaraq gənc fikirlərə həmin sahədə istiqamət verilib. Müzakirələrdə fəal iştirak edən 4 nəfər tələbə Maliyyə Tədris Mərkəzi tərəfindən keçiriləcək “Kargüzarlıq işinin aparılması” adlı təlimdə iştirak etmək hüququ qazanıb və onlara “Hədiyyə Sertifikatı” təqdim olunub.
Qeyd edək ki, yeni ideya ilə çıxış edən tələbələrlə birgə işin davamlılığını və operativliyini təmin etmək üçün Maliyyə Tədris Mərkəzinin internet saytında qeydiyyat bölməsi yaradılıb.  Qeydiyyat üçün aşağıdakı  linkə daxil ola bilərsiz. https://startap.maliyyenmr.az/
  • 46
Sosial şəbəkələrdə biz